İordaniyalı
professor xalqımızın
üzləşdiyi deportasiyalar
barədə məlumatlandırılıb
Bakıda keçirilən
“Qayıdış hüququ:
Ermənistandan zorla çıxarılmış azərbaycanlılar
üçün ədalətin
təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının Müşahidə
Şurasının sədri,
professor Misir Mərdanov dekabrın 5-də
İordaniyanın Haşimi
Universitetinin Queen Rania
adına Turizm və irs fakültəsinin
professoru Moh'd Waheeb Ali Hussein
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Misir Mərdanov son 200 il ərzində soydaşlarımızın üzləşdiyi müsibətlər barədə qonağa məlumat verib. Bildirib ki, 1987-1991-ci illərdə Ermənistan ərazisindən qovularaq çıxarılan 300 minə yaxın Qərbi azərbaycanlının geri qayıdış hüququ bütün beynəlxalq sənədlərdə təsbit edilib.
Azərbaycan.-2024.- 6 dekabr (№ 269).- S.7.