Qərbi azərbaycanlıların qayıdış hüququna həsr olunan konfransın iştirakçıları ilə görüşlər keçirilib

 

Bakıda keçirilənQayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsimövzusunda ikinci beynəlxalq konfrans çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən dekabrın 5-də Norveç Resurs Mərkəzinin direktoru Alim Tahir Mahmud ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ramil Həsən özünün doğulduğu torpaqlardan 35 ildir uzaq düşdüyü, yaxınlarının məzarını ziyarət edə bilmədiyi barədə qonağı məlumatlandırıb.

Ramil Həsən bu gün, həmçinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru, İbn Haldun Universitetinin beynəlxalq siyasət professoru Yaşar Sarı ilə görüş keçirib. Ramil Həsən diqqətə çatdırıb ki, ötən əsrdə dörd dəfə həyata keçirilən deportasiya Qərbi azərbaycanlılar üçün ağır nəticələrlə müşayiət olunub. Onlar öz ata-baba yurdlarından qovulublar. Bu gün həmin insanların əsas istəkləri sülh yolu ilə, təhlükəsiz şəkildə ləyaqətlə öz evlərinə geri qayıtmaqdır.

Bu gün, eyni zamanda, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov iləVestnik Kavkazaİnformasiya Analitik Agentliyinin ingilisdilli versiyasının baş redaktoru Marina Laqutina arasında görüş olub. K.Cəfərov bildirib ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir. İcma Ermənistanın baş naziri Nikol Paşinyana bununla bağlı müraciət etsə , dialoqa çağırış cəhdləri indiyədək cavabsız qalıb.

 

Azərbaycan .-2024.- 6 dekabr (№ 269).- S.7.