Şamil Ayrım: Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq

 

Biz bu gün burada ədaləti bərqərar etmək, insan haqlarını qorumaq tarixi bir məsuliyyəti yerinə yetirmək məqsədilə bir araya gəlmişik. Təəssüflər olsun ki, 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox azərbaycanlı öz torpaqlarından qohumlarının məzarlarının yerləşdiyi ərazilərdən ermənilər tərəfindən zorla deportasiya edilib. Təbii ki, onlar böyük əzab çətinliklər yaşadılar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dekabrın 5-də Bakıda keçirilənQayıdış hüququErmənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsimövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

"Azərbaycan bu gün ərazi bütövlüyünə nail olub. Biz Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq. Azərbaycan Ermənistan arasında sülh danışıqları davam edir. Azərbaycan torpaqlarını tam azad edib. Reallığa baxdıqda bugünkü Ermənistan ərazisinin böyük bir hissəsi tarixən Azərbaycan torpağı olub. Ancaq Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan sadəcə sülh sabitlik istəyir", - deyə Ş.Ayrım diqqətə çatdırıb.

O bildirib ki, bu insanların mülkiyyət hüquqlarından məhrum edilməsi, ləyaqətlə yaşamaq hüququnun mənimsənilməsi bu gün beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Şərəfli, təhlükəsiz könüllü şəkildə geri qayıtmaq Qərbi azərbaycanlıların haqqıdır. Bu, həm regionun sülh sabitliyi üçün çox vacibdir.

 

Azərbaycan.-2024.- 6 dekabr (№ 269).- S.7.