Bakıda Türk Ticarət Mərkəzi açılıb

 

Bakıda Türk Ticarət Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov digər şəxslər iştirak ediblər. Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri milli yeməklərdən ibarət restoranlar var.

Türk Ticarət Mərkəzinin əsas məqsədlərindən biri Türkiyədən gələn adamlarına rahat fəaliyyət göstərmələri üçün imkanlar təqdim etməkdir.

Qeyd edək ki, tezliklə Türk Ticarət Mərkəzində Türk dövlətləri üçün Türk Obası da istifadəyə veriləcək. Türk dövlətləri burada iqtisadi imkanlarını birləşdirə biləcək. Növbəti mərhələdə Türk Ticarət Mərkəzinin Özbəkistanda, daha sonra Şimali Kipr Türk Cümhuriyyətində istifadəyə verilməsi nəzərdə tutulub.

Türk Ticarət Mərkəzi, həmçinin türk dövlətlərindən olan adamlarına beynəlxalq bazarlara çıxış imkanı da təqdim edəcək.

 

Azərbaycan.-2024.- 6 dekabr (№ 269).- S.7.