Özbəkistan-Azərbaycan
QHT-lərinin Əməkdaşlıq
Forumu sessiyalarla davam edib
Daşkənddə Özbəkistan-Azərbaycan
QHT-lərinin Əməkdaşlıq
Forumu sessiyalarla davam edib.
AZƏRTAC xəbər verir ki, "Zəfər" Şəhid
Ailələrinə Dəstək
İctimai Birliyinin sədri Sevinc Alızadə "Qadınların
sosial həyatda fəal iştirakının
təmin edilməsi: çağırışlar və
perspektivlər", “Avrasiya
Miqrasiya Təşəbbüsləri
Platforması” İctimai
Birliyinin sədri, deputat Azər Allahverənov "Azərbaycanda
sosial əhəmiyyətli
məsələlərin həllində
inklüzivliyin və
QHT-lərin rolunun təmin edilməsi", Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli
"Azərbaycanda insan
hüquqları, qanunvericilik
təşəbbüsləri və gender problemlərində QHT-lərin
rolu", "İcmaların
İnkişafı Mərkəzi"
İctimai Birliyinin sədri Əhməd Abbasbəyli "Azərbaycan
Respublikasında dövlət
idarəçiliyinin və
insan hüquqlarının
qorunmasında ictimaiyyətin
iştirakı və
QHT-lərin rolu",
"Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi"
İctimai Birliyinin sədri İlham İsmayılov "Xaricdə
türk dövlətlərinin
diaspor təşkilatlarının
əlaqələndirilmiş fəaliyyətinin təşkili
və prosesdə QHT-lərin rolu" mövzularında təqdimatlar
ediblər.
Təqdimatlardan sonra
ətraflı müzakirələr
aparılıb, Özbəkistan
QHT-lərinin sualları
cavablandırılıb, təcrübə
mübadilələri edilib.
Qeyd edək ki, Forumda iki ölkənin bir sıra QHT-ləri arasında əməkdaşlıq memorandumları imzalanıb.
Azərbaycan.-2024.- 6 dekabr (№ 269).- S.9.