Londonda COP29-un nəticələri Xəzər regionunun enerji təhlükəsizliyi müzakirə olunub

 

Xəzər Siyasət Mərkəzi LondondaXəzər Enerji Təhlükəsizliyi COP29-dan sonramövzusunda konfrans təşkil edib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti Xəzər regionunun enerji təhlükəsizliyi yaşıl enerji keçidində artan əhəmiyyətini vurğulayıb.

O bildirib ki, Xəzər regionunda, xüsusilə son bir ildə diplomatik səylər əməkdaşlıq yüksək səviyyəyə çatıb. Ə. Nifti COP29-un region üçün xüsusi əhəmiyyət daşıdığını Xəzər regionunun qlobal gündəlikdəki əhəmiyyətini bir daha sübut etdiyini əlavə edib.

Britaniyanın Xarici İşlər Nazirliyi ilə Enerji Təhlükəsizliyi Sıfır Emissiya Departamentinin birgə yaratdığı Beynəlxalq Enerji Bölməsinin direktor müavini Sofi Vestleyk Xəzər regionunun enerji təhlükəsizliyi yaşıl enerji potensialına diqqət çəkib. Sofi Vestleyk qeyd edib ki, Xəzər regionu Avropa üçün enerji təhlükəsizliyi diversifikasiya baxımından strateji tərəfdaşdır. COP29 haqqında da fikirlərini bölüşən Sofi Vestleyk Azərbaycanın Sədrliyi ilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib: “Biz COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq Azərbaycan Sədrliyini buna nail olduğu üçün təbrik edirik”.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov COP29-un bölgədə keçirilməsini tarixi hadisə adlandırıb Azərbaycanın bu prosesdəki liderliyini yüksək qiymətləndirib. O, çıxışı zamanı Azərbaycan, Qazaxıstan Özbəkistan arasında yaşıl enerji üzrə üçtərəfli tərəfdaşlığın qurulmasını xüsusi qeyd edib. Elin Süleymanov COP29-da əldə edilənBakı maliyyə hədəfi”ni uğur adlandırıb.

Bu cür konfransın ilk dəfə olaraq bizim regionda keçirilməsi tarixi əhəmiyyət daşıyır. Azərbaycanın Sədrliyi ilə bu konfransın iqlim dəyişikliklərinə diqqəti cəmləməsi, hər cür siyasi geosiyasi çətinliklərə baxmayaraq böyük nailiyyətdir. Bakı konfransının ən mühüm nəticəsi yeni kollektiv maliyyə hədəfinin müəyyən edilməsi oldu. Mövcud geosiyasi iqtisadi reallıqlarda iqlimə həssas ölkələr üçün 300 milyard dollarlıq əsas maliyyə ehtiyatı ayrılması ümumi hədəfin 1,3 trilyon dollar olaraq müəyyən edilməsi çox mühüm irəliləyişdir. Bu qərar 15 illik nəticəsiz müzakirələrdən sonra Bakıda əldə edildi bu, region üçün böyük nailiyyətdir”, - deyə E. Süleymanov vurğulayıb.

Səfir çıxışında Böyük Britaniyanın COP29-dakı iştirakını rolu ilə bağlı da danışıb. O vurğulayıb ki, bu konfrans çərçivəsində Böyük Britaniyanın Baş naziri ilk dəfə Azərbaycana rəsmi səfər edib: “Bu, Böyük Britaniyanın Baş nazirinin Azərbaycana ilk səfəri idi. Britaniyanın COP29-da ali səviyyədə konstruktiv iştirakı tədbirin uğuruna müsbət töhfə verdi”.

Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş Türkiyənin 2053-cü ilə qədər iqlim hədəflərindən danışıb. Diplomat yaşıl keçid enerji təhlükəsizliyi arasında balansın qorunmasının əhəmiyyətinə toxunub.

Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqjan İlyasov COP29-un region üçün çox vacib bir platforma olduğunu region ölkələrini daha güclü əməkdaşlığa təşviq etdiyini vurğulayıb: “Biz Mərkəzi Asiya Xəzər regionunu dayanıqlı enerji mənbələrinin etibarlı təminatçısına çevirməyi hədəfləyirik. Bu məqsədə çatmaq üçün beynəlxalq tərəfdaşlarımızla birgə çalışmağa hazırıq”.

Özbəkistanın Böyük Britaniyadakı səfiri Rövşən Usmanov COP29-un Mərkəzi Asiya regionu üçün əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib. COP29-un regiondakı ölkələrin problemlərini çağırışlarını müzakirə etmək üçün əla platforma olduğunu deyib. Səfir çıxışında iqlim dəyişikliyinin Mərkəzi Asiyadakı təsirlərinə COP29 çərçivəsində qəbul edilən qərarların əhəmiyyətinə toxunub. O, COP29-un nəticələrinin yeni əməkdaşlıq imkanları yaratdığını deyib. Səfir bildirib ki, bu nəticələrin həyata keçirilməsi qətiyyətli koordinasiyalı addımlar tələb edir.

Konfransda, həmçinin Avropa İttifaqının Böyük Britaniyadakı Nümayəndəliyinin enerji məsləhətçisi Nikolas Rey, “TelosNRGşirkətinin sədri Anqus Miller, Exeter Universitetinin Biznes Əlaqələri İnnovasiya üzrə prorektor müavini Dr. Stuart Brocklehurst, “British Expertise International”da İnfrastruktur, İqlim Təbiət üzrə direktor Aleksandra Barnes çıxış ediblər. Stuart Brocklehurst Azərbaycanın tədbirə hazırlaşmaq üçün qısa vaxtının olmasına baxmayaraq olduqca yüksəksəviyyəli bir qonaqpərvərlik peşəkarlıqla tədbirə ev sahibliyi etdiyinə toxunub.

Çıxışçılar enerji təhlükəsizliyinin qlobal əhəmiyyətini, yaşıl enerji keçidinin vacibliyini Xəzər regionunun bu prosesdəki rolunu müzakirə ediblər. Tədbir zamanı, həmçinin regiondakı əməkdaşlığın gücləndirilməsinin dayanıqlı enerji layihələrinin həyata keçirilməsinin önəmi vurğulanıb.

 

Azərbaycan.-2024.- 6 dekabr (¹ 269).- S.9.