Qərbin növbəti Ukrayna ssenarisi

 

 

Avropa dəfələrlə Gürcüstana "yağlı" vədlər verərək ölkəni ağır duruma salıb

 

 

 

"Son günlər Gürcüstanda baş verən hadisələrdə Qərbin məkrli planlarının izləri görünür. Təbii ki, qonşu ölkədə baş verən hadisələr ölkəmizdə maraqla izlənilir, çünki Qərbin ən böyük planlarından biri Cənubi Qafqazda stabilliyi, əmin-amanlığı pozmaq, bölgəni öz təsir dairəsinə salmaqdır". 

Bu sözləri "Azərbaycan" qəzetinə Bakı Dövlət Universitetinin kafedra müdiri professor Kamilə Əliyeva deyib. O bildirib ki, Qərbin Azərbaycanla bağlı planları  baş tutmadı, çünki dövlətimizin başında Prezident İlham Əliyev kimi güclü lider dayanır ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Ermənistanda isə durum bəllidir. Bugünkü Ermənistan rəhbərliyi tamamilə Qərbdən asılı vəziyyətdədir.

Qərbin növbəti hədəfinin digər Cənubi Qafqaz dövlətinin - Gürcüstanın olduğunu deyən kafedra müdiri qeyd edib ki, əsas məqsəd hazırda müstəqil siyasət yürüdən, ölkəni inkişafa, tərəqqiyə aparan, gürcü xalqının milli maraqlarını, adət-ənənələrini qoruyub saxlamağa çalışan, hakimiyyəti devirib yerində oyuncaq, qula çevrilən bir hökumət formalaşdırmaq niyyətidir: "Avropa dəfələrlə Gürcüstana "yağlı" vədlər verərək ölkəni ağır duruma salıb. Bir neçə ay bundan əvvəl Avropa Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi ilə bağlı təzyiqlər edirdi. Gürcüstan hökuməti parlamenti yaxşı başa düşürdü ki, bu qanunun qəbulu ölkəni tamamilə parçalanmaya aparır. ABŞ Avropadakı bir sıra təşkilatlar QHT-lər adı altında Gürcüstanda fəaliyyət göstərərək çevriliş planları həyata keçirməyə cəhd edəcəklər. Gürcüstan parlamentində bu qanun qəbul edilmədi Qərb Gürcüstana qarşı siyasi iqtisadi təzyiqlərə əl atmağa başladı".

K.Əliyeva Gürcüstanda keçirilən növbəti parlament seçkilərində hakim partiya olan "Gürcü arzusu"nun xalqın səsini qazanaraq yenidən hakimiyyətə gəldiyini xatırladıb. Lakin Avropa gürcü xalqının bu seçiminin əksinə gedərək Gürcüstanda iğtişaşlar törətməyə başladı. Xaricdən maliyyələşdirilən qüvvələr Tbilisidə qarşıdurma yaratdılar. İğtişaşlar törədənlər polislər tərəfindən haqlı olaraq saxlanılıb aydın olub ki, onların əksəriyyəti xarici vətəndaşlardır.

Ekspert deyib ki, Qərbin digər planı Gürcüstanda da Ukrayna ssenarisini təkrarlamaqdır: "Bugünkü Gürcüstan hakimiyyəti kifayət qədər qətiyyətlidir Qərbin bütün təzyiqlərini dəf edəcək gücdədir. Əminəm ki, gürcü xalqı da bu çətin sınağın öhdəsindən gələcək milli maraqlara söykənən siyasət həyata keçirən hökumətə sadiq qalacaq".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 6 dekabr (№ 269).- S.10.