Makronun yarıtmaz siyasəti Fransaya tarixinin ən ağır günlərini yaşadır
Fransa beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik dövlət olub. Lakin hazırda bu ölkənin idarəçiliyi elə günə düşüb ki, bəlkə də fransız xalqı 2022-ci ildə keçirilən prezident seçkilərində Emmanuel Makronu ikinci dəfə ölkəyə rəhbər seçdiyinə görə peşmandır. Çünki onun yarıtmaz siyasəti nəticəsində Fransa büdcəsiz və hökumətsiz ölkə statusu alıb. Makron hakimiyyətinin beynəlxalq hüquqa və ümumbəşəri dəyərlərə zidd mövqeyi ölkənin reytinqini tarixində olmadığı qədər son dərəcə aşağı salıb. Makrondan əvvəlki 24 prezidentin heç birinin dövründə Fransada bu qədər acınacaqlı vəziyyət olmayıb.
Dekabrın 4-də baş
verən hadisə isə ölkə tarixində ikinci analoji hal kimi
yaşanıb. Belə
ki, Fransanın istefa verən baş naziri Mişel Barnye parlamenti gələn ilin sosial təminat
büdcə planının
qəbul olunmasına məcbur etmək üçün ölkə
Konstitusiyasının mübahisəli
49.3-cü maddəsindən istifadə etdiyi üçün müxalifət
partiyaları kabineti etimadsızlıq votumu ilə hədələyirdi.
Barnyenin bu addımından sonra Fransa hökumətinin aqibəti çətin duruma düşdü. Radikal solçu Yenilməyən Fransa (LFI)
və ifrat sağçı Milli Birlik (RN) partiyaları Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinə
başladılar. Milli
Assambleya Yeni Xalq Cəbhəsinin (NFP) təqdim etdiyi təklifi qəbul etdi. Mətnin lehinə 331 deputat və ya onun
qəbulu üçün
tələb olunan 288 səsin mütləq əksəriyyətindən 43 deputat
çox səs verdi.
Beləliklə, Barnye
hökumətinə son
qoyuldu.
Bununla da Fransa Milli Assambleyasında
1962-ci ildən bəri
görünməmiş səsvermə
baş naziri istefaya məcbur etdi və ölkəni
siyasi və büdcə qeyri-müəyyənliyinə
sürüklədi. Baş
nazir Mişel Barnyenin sosial müdafiənin maliyyələşməsi
qanun layihəsinin qəbul edilməsi üçün Konstitusiyanın
49.3-cü maddəsinə müraciət
etməsi hökumətin
fəaliyyətinə son
qoydu.
Fransa 60 ildən
çoxdur ki, belə siyasi vəziyyət görməmişdi.
Səsvermədən əvvəl,
1962-ci ilin oktyabrında
yalnız bir etiraz təklifi qəbul edilmişdi. Bu, Jorj Pompidu
hökumətinin istefasına
səbəb olmuşdu.
Həmin vaxt general Şarl de Qoll dərhal
reaksiya göstərərək
Milli Assambleyanın buraxıldığını elan
etmişdi. Amma bu gün Emmanuel
Makron eyni şeyi edə bilməz. Konstitusiya onun qanunvericilik seçkilərindən sonrakı
bir il müddətindən
əvvəl buraxılmasını
qadağan edir.
Barnye hökumətinin
istefasından sonra
"Əyilməz Fransa"
("La France insoumise-LFI") partiyasının prezidenti
Matild Panot deyib ki, nəhayət,
Barnye hökuməti zorakı büdcəsi kimi çökdü...
Milli Assambleyadakı
"La France insoumise" qrupunun
prezidenti solçu partiyalar tərəfindən
irəli sürülən
etiraz təklifinin qəbulunu alqışlayıb
və prezident Emmanuel Makronu istefa verməyə çağırıb.
İfrat sağçı
Marin Le Pen də Milli Birlik
(RN) partiyasının da
senzuranı seçəcəyini
təsdiqləmişdi. "Belə bir büdcəyə,
belə bir hökumətə, belə
bir süquta senzura tətbiq etməmək ən pis siyasət olardı" deyən ifrat sağçı qrupun lideri Le Pen Mişel Barnyenin ən kiçik güzəştə
belə getməyən
tərəfdarlarının barışmazlıq, məzhəbçilik
və doqmatizmini tənqid edib. Le Pen Emmanuel Makronun
istefasına ümid edərək deyib ki, böyük alternativin yaxınlaşmasına
çox az vaxt qalıb.
Solçular "Bu gün
tarix yazırıq"
deyiblər. Post-Barnye dövrü artıq formalaşır. Müxtəlif
siyasi qruplar keçid respublika paktı adı altında prioritetlər, partiyalararası iş və sabitlik paktı ilə razılaşa bilən
yeni komandanın təyininə
çağırış ediblər.
Amma Fransa prezidenti Emmanuel Makron istefaya çağırışları "məntiqsiz" hesab edib və həmçinin
baş nazir Mişel Barnyenin rəhbərlik etdiyi hökumətin işinin davam etdiriləcəyinə əminliyini
bildirib. Fransa mətbuatının məlumatına
görə, Səudiyyə
Ərəbistanında rəsmi
səfərdə olan
Makron jurnalistlərə
deyib ki, istefaya çağırışlar "siyasi fiksiya"dan başqa bir şey deyil.
Bir çox fransız şərhçinin qeyd etdiyi kimi, Barnyenin
kabinetinin süqutu Fransada prezident Makronun parlamenti buraxmasından və növbədənkənar seçkilərdən
sonra yayda başlayan onsuz da ciddi siyasi böhranı
gücləndirəcək.
Hökumətin istefası
həm də ölkəni büdcə problemləri və ola bilsin ki, ciddi maliyyə böhranı ilə hədələyir,
çünki hökumətin
2025-ci il üçün hazırladığı
büdcə qüvvədən
düşür. Yeni ildə
dövlət orqanlarının
və sosial sığorta sisteminin maliyyələşdirilməsi ötən
ilin büdcəsi əsasında, ancaq dövlətin fəaliyyətini
təmin etmək üçün lazım olan məbləğdə
davam etdiriləcək.
Artıq ölkədə
siyasi böhran dərinləşməyə başlayıb. Hökumətin
devrilməsinə baxmayaraq,
dövlət qulluğu
sahəsində dekabrın
5-nə təyin edilmiş
tətillər qüvvədə
qalıb. Fransa hökuməti devrilsə də, həmkarlar ittifaqları fransızları
ictimai xidmətin vəziyyəti ilə bağlı məlumatlandırmaq
üçün tətil
çağırışlarını davam etdiriblər. Artıq milli səviyyədə
tətillər və etiraz nümayişləri
başlayıb. Ölkədə
dövlət qulluğu
işçiləri, universitetlər,
xəstəxanalar, hava
və dəmir yolları işçiləri,
ictimai nəqliyyat sahələrində çalışanlar
tətillərə start veriblər.
Dəmir yolları sahəsində yükdaşımalara
moratorium əldə etmək
üçün məhdudiyyətsiz
və davamlı tətil çağırışları
edilir. Dekabrın 11-də,
12-də və 13-də tətillər
davam etdiriləcək.
Paris, Marsel və Tuluzada aviareyslərin 50 faizi ləğv olunub. Ölkədə təhsil müəssisələrinin
əksəriyyəti bağlanıb.
CFDT həmkarlar ittifaqı
iş yerlərinin ixtisara düşməsinin
çox güclü dalğası başlamazdan
əvvəl ixtisarları
məhdudlaşdırmağa yönəlmiş tədbirlərin
daha tez həyata keçirilməsi
üçün məşğulluqla
bağlı məsləhətləşmələrə
çağırış edib.
Milli Statistika və İqtisadi Tədqiqat İnstitutunun (INSEE) məlumatına
görə, işsizlik
səviyyəsinin 2025-ci ildə
aktiv əhali üçün 8 faizə
yüksəlməsi ehtimalı
var. Mövcud siyasi qeyri-sabitlik nəzərə
alınmadığı üçün
bu rəqəmin daha yüksək ola biləcəyi təxmin edilir.
Göründüyü kimi, Fransada vəziyyət get-gedə daha da gərginləşir. Antiazərbaycançı
dairələrin başında
duran, Qarabağda yenidən münaqişə
ocağı yaratmaq üçün Ermənistanı
silahlandırıb müharibəyə
təhrik edən Emmanuel
Makron Fransanı daha ağır fəlakətlərə sürükləyir.
2027-ci ildə onun prezidentliyinə son qoyulacaq
və Makron Fransa tarixinə ən uğursuz prezident kimi düşəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
6 dekabr (№ 269).- S.10.