Beynəlxalq proqramın iştirakçıları Şuşa Xankəndini gəziblər

 

Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının bağlanış mərasimindən sonra iştirakçılar Xankəndi Şuşa turuna çıxıblar.

 

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Xankəndidə yerləşən Qarabağ Universiteti şəhər meydanı ilə tanış olublar. Daha sonra Şuşa qalası Yuxarı Gövhər Ağa məscidinə baş çəkiblər.

Uzun müddət erməni işğalı altında qalmış Şuşa Xankəndi şəhərləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Şuşa səhərində üç gün davam edən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər könüllülər iştirak ediblər.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan, gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İƏT-ə üzv ölkələrdən bir şəhəriGənclər Paytaxtıseçir ilboyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq TəşkilatınınGənclər Paytaxtıelan olunub.

Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixindəŞuşa şəhərinin 2024-cü il üçünİslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtıseçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Azərbaycan.-2024.- 6 dekabr (¹ 269).- S.12.