Finlandiya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Aleksandr Stubba
Hörmətli cənab
Prezident,
Finlandiya Respublikasının
milli bayramı – Müstəqillik
Günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan
ilə Finlandiya arasında münasibətlərin
xalqlarımızın mənafelərinə
uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. COP29-da iştirak etmək üçün Azərbaycana
səfərinizi və
Sizinlə keçirdiyimiz
görüşü xoş
təəssüratlarla xatırlayıram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, xalqınıza
daim əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 dekabr 2024-cü il
Azərbaycan.-2024.- 7 dekabr
(№ 270).- S.1.