İşğaldan
azad olunmuş ərazilərdə müasir
və modern yol-nəqliyyat infrastrukturu qurulur
Dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb.
İşğaldan azad
edilən ərazilərimizə
Böyük qayıdışı
milli hədəfimiz kimi müəyyənləşdirən
Prezident İlham Əliyevin əzmi, qətiyyəti sayəsində
həm doğma yurd yerlərimiz yenidən qurulur, həm də hər gün köç karvanları böyük təmtəraqla
Qarabağ və Şərqi Zəngəzura
üz tutur.
Artıq Zəngilanın
Ağalı, Ağdarənin
Talış, Laçının
Zabux və Sus kəndlərinə, eləcə də Şuşa, Füzuli, Laçın, Cəbrayıl
şəhərlərinə minlərlə insan qayıdış karvanları
ilə dönərək
dədə-baba torpaqlarında
dövlətimizin onlar
üçün yaratdığı
təhlükəsiz və
layiqli şəraitdə
yaşamağa başlayıblar.
Qarabağ və
Şərqi Zəngəzuru
"dəmir yumruq"la
işğaldan azad edən Müzəffər
Ali Baş Komandan İlham Əliyev zəfərimizdən
ötən 4 il müddətində bu ərazilərdə misli görünməyən quruculuq
işlərini həyata
keçirməkdədir. Erməni
vandalizminin qurbanına
çevrilmiş şəhər
və kəndlərin
yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun
bərpası dövlətin
prioritet fəaliyyət
istiqamətlərindəndir.
Böyük qayıdış
dövlət proqramının
birinci mərhələsi
2026-cı ilin sonunda başa çatdırılacaq
və o vaxt 140 min keçmiş məcburi köçkün
öz dədə-baba
torpaqlarına qayıdacaq.
Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər,
idman və xidmət obyektləri, yollar, 130-dan çox tunel və körpü (40 tunel,
90 körpü) inşa
edilir. Tezliklə bu tikililər, möhtəşəm yollar
Qarabağa və Şərqi Zəngəzura
yeni həyat gətirəcək.
Əlbəttə ki,
bu ərazilərdə
həyata keçirilən
mühüm layihələrdən
biri də yol-nəqliyyat infrastrukturunun
tamamilə yenidən qurulmasıdır. Hər iki iqtisadi rayonda
tikinti-quruculuq işləri
ilə paralel olaraq yolların da yenidən qurulması, körpü və tunellərin inşası davam etdirilir.
Prezident İlham
Əliyev işğaldan
azad edilmiş şəhər və rayonlarımıza səfərləri
çərçivəsində yeni yolların açılışlarını edir və tikinti
işlərinin sürətlə
aparılması ilə
bağlı ciddi tapşırıqlarını verir.
Bölgədə 2026-cı ilədək 2300 kilometrə
yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə
tutulur. Tezliklə Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
yol-nəqliyyat infrastrukturu
tamamilə yenidən qurulub istifadəyə veriləcək.
Bu yollardan biri də Ağdam-Füzuli avtomobil yoludur. Prezident İlham Əliyevin
2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməlini qoyduğu Füzuli-Ağdam avtomobil yolunun tikintisi dövlət başçısının
həmin ilin avqust ayında təsdiq etdiyi "İşğaldan azad edilmiş ərazilərin
yenidən qurulması
və bərpası layihəsi" çərçivəsində
həyata keçirilir.
Layihəyə uyğun
olaraq yolboyu körpülərin, avtobus
dayanacaqlarının və
digər yol infrastrukturunun inşası
nəzərdə tutulur.
Bərdə-Ağdam avtomobil
yolunun davamı olan bu yolun
inşası Bərdədən
Füzuliyədək insanların
rahat gediş-gəlişini
təmin edəcək.
Avtomobil Yolları
Dövlət Agentliyindən
qəzetimizə verilən
məlumata görə,
sözügedən yol
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi
inkişafında mühüm
rol oynayacaq layihələrindən biri
sayılır.
Uzunluğu 65,7 km, hərəkət
hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı
olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir
istiqamətdə 3,75 metr,
ayırıcı zolağın
eni 4 metr olmaqla yol yatağının
eni 26,5 metr təşkil edir.Birinci texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın
genişləndirilməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, suların ötürülməsini təmin
etmək məqsədilə
müxtəlif ölçülü
suötürücü borular,
su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə
tutulan ehtiyat keçidlərinin inşası
tamamlanıb, asfalt-beton
örtüyünün alt qatı
döşənib.
Yolun layihə
üzrə nəzərdə
tutulan və 0,2, 5,6,
12 və 39-cu kilometrlik
hissələrində yerləşən
4 körpünün tikintisi,
63 və 65-ci kilometrlik
hissələrdə isə
yolötürücülərinin inşası yekunlaşıb.
Hazırda layihə
boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton
konstruksiyalı baryerlərin
quraşdırılması işləri davam etdirilir.
Ümumilikdə layihə
üzrə tikinti işləri 82 faiz icra olunub.
Tikinti işləri
"İnşaat Norma və
Qaydaları"nın tələblərinə
uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması
üçün əraziyə
lazımi sayda qüvvə cəlb edilib.
Bərdə-Ağdam avtomobil
yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.
Yolun inşası Bərdədən Ağdam
və Füzuliyədək,
həmçinin əks-istiqamətdə
rahat gediş-gəlişi
təmin edəcək,
yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
7 dekabr (№ 270).- S.7.