“Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin nəzdində
təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin
yaradılması haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 19 may tarixli 114 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
¹ 517
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq və Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
təklifini nəzərə
alaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
nəzdində təsərrüfathesablı
Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin
yaradılması haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 19 may tarixli 114 nömrəli Qərarına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 5, maddə
437 (Cild I) aşağıdakı
məzmunda 1-1-ci hissə
əlavə edilsin:
“1-1. Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
nəzdində təsərrüfathesablı
Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin
saxlanılması xərcləri
büdcə və büdcədənkənar vəsaitlər
hesabına Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası)
ilə bağlı daxilolmaların 1,0 faizinə
qədər, həmçinin
mal və materialların alınması,
xidmətlərin göstərilməsi
üçün daxilolmaların
0,25 faizi həddində
müəyyən edilsin.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 6 ” “ dekabr ”
2024-cü il
Azərbaycan.-2024.-
7 dekabr (¹ 270).- S.2.