“Strateji
ehtiyatların və bazar iştirakçıları
tərəfindən təmin
edilən malların nomenklaturaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarının ləğv
edilməsi haqqında
¹ 516
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının
2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Strateji ehtiyatların
və bazar iştirakçıları tərəfindən
təmin edilən malların nomenklaturaları”
təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət Taxıl
Fonduna tədarük edilən taxılın həcminin müəyyən
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 18 sentyabr tarixli 206 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 9, maddə
932 (Cild I) ləğv
edilsin.
3. “Ərzaq mallarının
və neft məhsullarının azaldılmaz
ehtiyatlarının həcmi,
nomenklaturu və istifadə qaydası”nın
təsdiq edilməsi və “Dövlət ehtiyatının nomenklaturası
və yığım
həcmlərinin yuxarı
həddi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 9 dekabr tarixli 187-11 nömrəli Qərarının ləğv
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2020-ci il 31 oktyabr tarixli 433 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 10, maddə
1321 (Cild I) 5-ci hissəsi
istisna olmaqla ləğv edilsin.
4. “Tibbi və dərman vasitələri üzrə dövlət ehtiyatlarının həcmi
və nomenklaturu”nun
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 dekabr tarixli 497 nömrəli Qərarı
ləğv edilsin.
5. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Ehtiyatları Agentliyi bu Qərardan irəli gələn məsələləri həll
etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 6 ” “ dekabr ”
2024-cü il
Azərbaycan.-2024.-
7 dekabr (¹ 270).- S.2.