Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri
və ixrac gömrük rüsumlarının
dərəcələri”ndə
dəyişiklik edilməsi
haqqında
¹ 514
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 11, maddə
2164 (Cild I); 2024, ¹ 1, maddə
127, ¹ 2, maddə 244, ¹ 4, maddə
465, ¹ 7, maddələr 891, 903, ¹ 9, maddələr 1045, 1106; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2024-cü il
15 oktyabr tarixli 453 nömrəli, 31 oktyabr tarixli 467 nömrəli və 20 noyabr tarixli 481 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının
dərəcələri və
ixrac gömrük rüsumlarının dərəcələri”ndə
“9018 31 100 2, 9018 31 100 3, 9018 31 100 4, 9018 31 100 5 və
9018 31 100 9” alt yarımmövqelərinə
aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə
görə %-lə və ya ölçü
vahidinə görə
ABŞ dolları ilə)”
sütununda “31.12.2024-cü il” sözləri “31.12.2029-cu
il” sözləri ilə əvəz edilsin.
2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 6 ” “ dekabr ”
2024-cü il
Azərbaycan.-2024.-
7 dekabr (¹ 270).- S.2.