Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli Qərarı ilə təsdiq edilmişƏməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

¹ 513

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 sentyabr tarixli 212-23 nömrəli, 2010-cu il 16 iyul tarixli 139-8 nömrəli 2016-cı il 24 may tarixli 199-9 nömrəli qərarları) ilə təsdiq edilmişƏməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 15-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.

 

2. 16-cı hissənin sonuna nöqtəli vergül işarəsi əlavə edilsin.

 

3. Aşağıdakı məzmunda 17-24-cü hissələr əlavə edilsin:

 

“17. İnsanın psixofiziki reaksiyalarının qeydi üçün çoxkanallı registratorlar;

 

18. Radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi nəzarətdə saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıq daxil olmaqla, ötürülən məlumatın gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr;

 

19. Akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi dəyişdirilməsi üçün texniki vasitələr;

 

20. Video ( ya) audio məlumatın gücləndirilməsi, işlənilməsi, yazılması, saxlanılması əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50 mm-dən az) texniki vasitələr;

 

21. Təsvirin ötürülməsi, optik ya optik-elektron dəyişdirilməsi üçün texniki vasitələr;

 

22. Radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici radioavadanlıq;

 

23. Telefon danışıqlarının çoxkanallı (2 daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr proqram təminatları;

 

24. Radioefirdə nəzarət axtarış həyata keçirilməsi üçün gizli daşınan radiopelenqasiya radionaviqasiya vasitələri.”.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 dekabr 2024-cü il

Azərbaycan.-2024.- 7 dekabr (¹ 270).- S.2.