III Avropa Konfransının iştirakçıları Qarabağdakı mina problemi barədə məlumatlandırılıb

 

Dekabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərində Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, çıxış zamanı nazir Azərbaycanın COP29-a sədrliyi, ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrə təşəbbüsləri, habelə postmünaqişə dövründə bölgədə vəziyyət barədə danışıb.

Azərbaycanın ətraf mühitin mühafizəsi iqlim dəyişmələri ilə mübarizə istiqamətinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Onlarla təşəbbüs əhəmiyyətli tədbirlərlə yanaşı, COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfə üstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədinin qəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması, İtki Zərər Fondunun növbəti ildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ən əhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib.

İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkəmizin beynəlxalq tərəfdaş təşkilatlarla birgə irəli sürdüyü 9 təşəbbüsdən danışan nazir bu təşəbbüslərə geniş maraq olduğunu, çoxsaylı ölkələrin təşəbbüslərə qoşulduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan olunan qlobal təşəbbüslərin iqlim dəyişikliyinin müxtəlif aspektləri, o cümlədən diqqətdən kənarda qalan problemlərə vurğu edilməsi baxımından əhəmiyyəti bildirilib.

Ölkəmizə qarşı əsassız iddia neft-qaz ölkəsibəhanəsi altında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq, COP29-un uğurla həyata keçirildiyi iqlim dəyişikliyi ilə mübarizə səylərinə vacib töhfə olduğu qeyd edilib.

C.Bayramov, həmçinin ölkəmizin bərpaolunan enerjisi potensialı, işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib. Yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında, Avropa İttifaqı ilə, habelə Gürcüstan, Rumıniya, Macarıstanla imzalanmış strateji tərəfdaşlıqlar layihələrin, Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri ilə birgə təşəbbüslərin, Xəzər Qara dəniz hövzələrini birləşdirəcək yaşıl enerji dəhlizi kimi layihələrin əhəmiyyəti vurğulanıb.

Orta Dəhlizin inkişafından, Azərbaycan vasitəsilə keçən əmtəələrin həcminin artımından danışan nazir nəqliyyat kommunikasiyalar sahəsində imkanlardan istifadənin vacibliyini qeyd edib.

Nazir ATƏT Nazirlər Şurası çərçivəsində aparılmış müzakirələr, təşkilat çərçivəsində mövcud problemlər perspektivlərdən söhbət açıb.

C.Bayramov, o cümlədən tədbir iştirakçılarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

Sülh müqaviləsinin layihəsi, həmçinin delimitasiya prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin sülh gündəliyinə hədə törətdiyi bildirilib.

Sonra nazir tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

 

Azərbaycan.-2024.- 7 dekabr (№ 270).- S.2.