Beynəlxalq
parlament konfransının
iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
Dekabrın 6-da Milli Məclisdə “Parlamentarizm: ənənələr
və perspektivlər”
mövzusunda keçiriləcək
beynəlxalq parlament konfransının iştirakçıları
Heydər Əliyev Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, konfrans
iştirakçılarına Mərkəzin fəaliyyəti
barədə məlumat
verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsinin
öyrənilməsi və
tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması
istiqamətində fəaliyyət
göstərir.
Sonra qonaqlar
1969-cu ildən 2003-cü ilədək
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
xidməti istifadəsində
olan avtomobillərə
baxıblar.
Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olan konfrans iştirakçılarına məlumat verilib ki, Muzey təşkil edilərkən Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey, həmçinin Azərbaycan tarixinin öyrənilməsinə böyük imkanlar yaradır. Bu baxımdan, interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar xüsusi əhəmiyyətə malikdir.
Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ilə tanışlıq zamanı bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin çoxəsrlik tarixinə, mədəni irsinə dair eksponatlar nümayiş olunur.
Azərbaycan.-2024.-
7 dekabr (№ 270).- S.3.