Beynəlxalq parlament konfransının iştirakçıları Zəfər parkında olublar

 

Milli MəclisdəParlamentarizm: ənənələr perspektivlərmövzusunda keçiriləcək beynəlxalq parlament konfransının iştirakçıları dekabrın 6-da Zəfər parkında olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlara Zəfər parkı barədə məlumat verilib. Bildirilib ki, Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.

Qeyd olunub ki, Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

Konfrans iştirakçıları parkdakı Zəfər abidəsinin önündə xatirə şəkli çəkdiriblər, Vətənimizin ərazi bütövlüyü suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiramla anıblar.

 

Azərbaycan.- 2024.- 7 dekabr (№ 270).- S.3.