Azərbaycanlıların
qayıdış hüququna
dair konfransın iştirakçıları Bakının
görməli yerlərini
ziyarət ediblər
Dekabrın 6-da Qərbi
Azərbaycan İcmasının
"Qayıdış hüququ:
Ermənistandan zorla çıxarılmış azərbaycanlılar
üçün ədalətin
təşviqi" mövzusunda
təşkil etdiyi II Beynəlxalq konfransın iştirakçıları və
İcmanın üzvləri
Zəfər Parkında,
Hərbi Qənimətlər
Parkında, Bayraq Meydanında, İçərişəhərdə
olublar.
AZƏRTAC xəbər verir ki, şəhər turu zamanı xarici qonaqlara ziyarət etdikləri məkanlar barədə ətraflı
məlumat verilib.
Qeyd edək
ki, dekabrın 5-6-da keçirilən
“Qayıdış hüququ:
Ermənistandan zorla çıxarılmış azərbaycanlılar
üçün ədalətin
təmin edilməsi” mövzusunda konfransda 51 ölkədən qonaqlar iştirak ediblər.
Konfrans zamanı
10 ölkəni təmsil
edən 16 nəfər
şəxs Qərbi Azərbaycan İcmasının
fəxri üzvlüyünə
qəbul olunub.
Azərbaycan.-2024.- 7 dekabr
(№ 270).- S.5.