Sen
Martin hüquqşünası: Etiraz etmək bizim müstəmləkəçiliyə
qarşı mübarizəmizin
bir formasıdır
Fransızlar bizim
etirazlarımıza çox
alışıblar. Bu,
üzləşdiyimiz və
altında olduğumuz
müstəmləkəçiliyə qarşı bir etiraz formasıdır. Etiraz etmək bizim üçün təbii bir addımdır və onlar həmişə cavab verəcək, reaksiya göstərəcəklər.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Sen Martindən olan hüquqşünas Averdin
Antuanet Stefan Bakı Təşəbbüs
Qrupunun təşkilatçılığı
ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfransın yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O əlavə edib: “Fransa qanunvericiliyində etiraz hüququnu təmin edən qanunlar mövcuddur. İfadə azadlığı, küçələrə çıxmaq və hisslərinizi ifadə etmək hüququ verilir. Lakin bu, onların mövcud qanunlardan istifadə edərək kasıbları cəzalandırmağa davam etməsinə mane olmur. Ancaq biz küçələrə çıxmağa və danışmağa davam edəcəyik. Bundan əlavə, bizi işıqlandırmağa və mövqeyimizi çatdırmağa imkan verən hər bir platformadan istifadə edəcəyik”.
Azərbaycan.-2024.- 7 dekabr (№ 270).- S.6.