Rhoda
Arrindell: Biz müstəmləkə altındayıq,
amma seçimimiz yoxdur
Hazırda Sen Martində
saç barədə
ciddi müzakirə aparırıq. Saç düzümü Avropanın
gözəllik və səliqə-sahman standartlarına
uyğun gəlmədiyi
üçün uşaqlar
məktəblərdən uzaqlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “One Saint
Martin” təşkilatının prezidenti Rhoda Arrindell Bakı
Təşəbbüs Qrupunun
təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına
həsr edilmiş beynəlxalq konfransın yekunlarına dair keçirilən mətbuat
konfransında deyib.
“Zehni
təhsil verdiyimiz məktəbdə yalnız
Avropa gözəllik standartları qəbul edilir, uşaqlar evə gedir, saçlarını kəsməli
olurlar. Bütün bu kiçik, amma mühüm hadisələr baş verir və hamısı
Avropanın üstün,
dünyanın qalan hissəsinin isə aşağı olması fikrinə əsaslanır.
Biz müstəmləkə altındayıq, amma seçimimiz yoxdur”, - deyə o əlavə edib.
Azərbaycan.-2024.- 7 dekabr
(¹ 270).- S.6.