Vahid Sen Martin Assosiasiyasının gənc üzvü: Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik siyasətini ifşa etməklə bizə böyük dəstək verir

 

Müstəmləkəçilik siyasəti Sen Martin gənclərinin inkişafına ciddi maneələr törədir. Gənclərimiz Fransaya Niderlanda gedərək, o ölkələrin inkişafına töhfə verirlər, halbuki öz vətənlərinə qayıdanda burada yaxşı tapa bilmirlər beləliklə ölkələrinə töhfə verə bilmirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Vahid Sen Martin Assosiasiyasının gənc üzvü xanım Yadiska Van Putten deyib.

"Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik siyasətini ifşa etməklə bizə böyük dəstək verir. Böyük təşkilat olan Bakı Təşəbbüs Qrupu bizim həqiqətləri daha çox insana çatdırır ki, müstəqillik yolumuzda uğur qazana bilək", - deyə o vurğulayıb.

 

Azərbaycan.- 2024.- 7 dekabr (№ 270).- S.6.