Renate
Brayson: Hədəfimiz
Sen Martin adasının
Fransa və Niderland müstəmləkəçiliyindən
tam azad edilməsidir
Fondumuz 2020-ci ildən
fəaliyyət göstərir.
Hədəfimiz Sen Martin adasının
Niderland və Fransa müstəmləkəçiliyindən
tam azad edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında
Sen Martindəki “Pro Soualiga”
Fondunun katibi Renate Brayson söyləyib.
Onun sözlərinə
görə, Niderland və Fransa hökumətləri adanın
daxili işlərinə
müdaxilə edərək,
yerli əhaliyə konstitusiyada dəyişiklik
etmək, eləcə
də dövlət qurumlarına, parlamentə
namizədlər irəli
sürməyə qadağa
qoyurlar.
“Məsələn, adanın Niderlanda məxsus bölgəsində qubernator Niderland tərəfindən seçilir və yerli əhalinin nümayəndəsi olur. Halbuki onun fəaliyyəti birbaşa Niderland hökuməti tərəfindən tənzimlənir. Yerli əhali öz namizədini irəli sürsə belə, bu qərar qubernator tərəfindən ləğv edilir və o, öz namizədini seçir”,- deyə, Renate Brayson qeyd edib.
Azərbaycan.-2024.- 7 dekabr (№ 270).- S.6.