51 ölkənin nümayəndəsi qərbi azərbaycanlıların qayıdışını dəstəkləyib

 

 

Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransı keçirilib.

Xatırladaq ki, bu mövzuda ilk beynəlxalq konfrans keçən il təşkil olunub. Builki tədbirin auditoriyası daha da genişləndirilib. Belə ki, 5-6 dekabr tarixlərini əhatə edən konfransa 51 ölkədən, həmçinin Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna Yeni Zelandiyadan 100-dən çox xarici qonaq qatılıb. Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkənin prezidentinin 1 ölkənin vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 ölkədən sabiq səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, Azərbaycan diasporunun 14 fəal üzvü, 17 ölkədən 20 araşdırma mərkəzi akademiyanın təsisçisi, rəhbər şəxsi, 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 ölkəni təmsil edən 3 hökumət şurası üzvü, 8 ölkəni təmsil edən 8 hüquqşünas hüquq müdafiəçisi, 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, adamları olub. Eyni zamanda Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəlik tədbirdə təmsil edilib. İctimai-siyasi elmi dairələrdən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla, konfrans iştirakçılarının sayı ümumilikdə 210 nəfər olub.

Konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş olunub. Sonra Prezident Administrasiyasının Siyasi partiyalar qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub. Dövlətimizin başçısı müraciətində qeyd edib ki, hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür. Prezident İlham Əliyev Azərbaycan xalqının da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşdiyini vurğulayıb: "Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918-1921, 1948-1953 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış Ermənistan monoetnik dövlətə çevrilmişdir".

Ermənistanın Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışdığını, Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtdığını, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurduğunu qeyd edən dövlətimizin başçısı daha bir faktı diqqətə çatdırıb: "Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının islam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy məscid salamat qalmışdır. Lakin Ermənistan Göy məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük irqçilikdən başqa bir şey deyildir".

Ermənistanın bununla da kifayətlənmədiyini, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etdiyini, etnik təmizləmə törətdiyini, şəhər kəndləri dağıtdığını, talan etdiyini, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan xalqının heç vaxt bu ədalətsizliklə barışmadığını, haqq səsini dünyaya çatdırmağa çalışdığını diqqətə çatdırıb. Qeyd edilib ki, 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı, Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. Müraciətdə işğaldan azad edilmiş ərazilərdə hazırda "Böyük Qayıdışa dair Dövlət Proqramı"nın uğurla icra edildiyi nəzərə çatdırılıb.

Təəssüflə vurğulanıb ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan" xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir: "Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin icmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın icmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir", - dövlətimizin başçısının müraciətində deyilib.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırsa da, qarşı tərəf bundan imtina edib. Dövlətimizin başçısı bildirib ki, Ermənistan icma ilə danışıqlara başlamalı qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır: "Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli bu sahədə əməkdaşlıq etməlidir.

Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir".

Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə qərbi azərbaycanəsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayan dövlətimizin başçısı əminliklə bildirib ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir.

Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi II beynəlxalq konfransın açılış sessiyasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu tədbirin Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi ədalətli əsaslarla sülh barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platforma olduğunu deyib. O, Ermənistanın qəbiristanlıqlarımızı, mədəni dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi qeyri-maddi-mədəni irsimizə ciddi zərbə vurduğunu söyləyib: "Adət-ənənələrimiz, sosial bağlarımız həyat tərzimiz böyük ziyan görüb. Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik dini müxtəliflik ənənələri tarixi ilə ziddiyyət təşkil edir".

Bakıda keçirilən "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarından biri - Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxış edərək təəssüflə vurğulayıb ki, beynəlxalq birlik Azərbaycan xalqının məruz qaldığı bu zülmə səssiz qalıb, əksinə, bu zülmü edənə dəstək olub: "Amma biz həmişə ədalətin qalib gələcəyinə inandıq. Can Azərbaycan Vətən müharibəsində öz qələbəsini qazandı. Türkiyə olaraq Azərbaycanın həmişə yanında olduq. Azərbaycan təkcə qardaşımız olduğu üçün yox, həm haqlı olduğu üçün yanındayıq".

Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur, bu, torpaq deyil, insan haqları məsələsidir: "Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Həmçinin Ermənistanın UNESCO-nun missiyasına icazə verməməsi təəssüf doğurur. Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə bu gün ciddi təmizləmə işləri bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir".

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 7 dekabr (№ 270).- S.7.