Qərbin qarapul kisəsi

 

 

qədər ört-basdır etməyə çalışsan da, həcmindən, fəaliyyət dairəsinin genişliyindən, ərazisinin miqyasından asılı olmayaraq, gizli, xəlvəti işlərin üstü gec-tez açılıb dünyaya yayılır. Onun açılmamasının qarşısını heç cürə almaq mümkün olmur. Günlərin birində yalanların üstünə həqiqətin işığı düşür. Sirlər açılanda isə ortaya gözlənilməyən faktlar çıxır. Həyatda da, tarixdə belə hadisələrin şahidi çox olmuşuq. Bu tarixi ənənə yenə öz axarı ilə bizi heyrətləndirməkdə davam edir.

Bir müddət əvvəl "Panama sənədləri", "Pandora sənədləri" kimi səs-küylü ifşaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq Korrupsiya Hesabatı Layihəsi (OCCRP), əsasən, ABŞ bir sıra Avropa ölkələrinin hökumətləri tərəfindən maliyyələşdirilməsi ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb. Bu barədə Fransanın "Mediapart", İtaliyanın "Il Fatto Quotidiano", Yunanıstanın "Drop Site" "Reporters United" nəşrlərinin birgə genişmiqyaslı araşdırmalarında, təhlili yazılarında ətraflı məlumat verilir. Ən çox maraq doğuran odur ki, diqqətləri cəlb edən bu araşdırma əvvəllər OCCRP ilə yaxından əməkdaşlıq etmiş Almaniyanın NDR ictimai teleradio şirkəti tərəfindən başladılıb. Məlum olub ki, 2014-2023-cü illərdə ABŞ federal hökuməti OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. O cümlədən OCCRP-nin yaradıldığı 2008-ci ildən indiyədək ABŞ hökuməti müstəqil qeyri-kommersiya redaksiyasına azı 47 milyon dollar ayırıb əlavə 12 milyon dollar ayırmağa da söz verib. ABŞ- yanaşı, bir sıra Qərb ölkələri bu proseslərdə sanki yarışa girərək ondan çox da geri qalmayıb. Belə ki, Böyük Britaniya, Fransa, İsveç, Danimarka Niderland hökumətləri son 10 ildə bu təşkilata azı 15 milyon dollar məbləğində vəsait ödəyiblər. Diqqətçəkən məqam odur ki, OCCRP-nin Direktorlar Şurası da bu faktları ictimaiyyətdən gizlətmir. Direktorlar Şurası verdiyi açıqlamada ABŞ-nin onların əsas sponsoru olduğunu bildirir. Görünür ki, onun başqa yolu yoxdu, çünki faktdan qaçmaq mümkün deyil.

Gözdən pərdə asmaq, özünün müstəqil statusunu dünya ictimaiyyətinə göstərmək məqsədilə OCCRP hətta ABŞ-nin milli maraqlarına zidd olan müstəqil araşdırmalar da aparıb. Araşdırma nəticəsində Pentaqonun Suriya üsyançılarını silahlandırmaq üçün şübhəli silah tacirlərinə necə etibar etdiyini ABŞ-nin narkotik siyasəti miqrasiya siyasəti ilə bağlı kifayət qədər maraqlı materiallar toplayıb. Bu materialları toplamaqla təşkilat özünün heç kimdən asılı olmadığını sübut etməyə çalışıb. Sanki bu addımı ilə oxucuların gözündən pərdə asmaq istəyib. Amma göründüyü kimi, həqiqəti bu yalançı pərdənin arxasında çox gizlədə bilməyib.

Araşdırma zamanı OCCRP-nin yaradılmasının bəzi məqamlarının da üstünə aydınlıq işığı düşüb. Məlum olub ki, təşkilatın fəaliyyəti üçün ilkin maliyyə 2008-ci ildə Beynəlxalq Narkotiklərlə Mübarizə Hüquq-Mühafizə İşləri Bürosu tərəfindən daxil olub. O da ortalığa çıxıb ki, bu təşkilat üçün ayrılan qrantı USAID idarə edib. Hazırda da bu təşkilatın USAID- əlaqələri kəsilməyib. Həmin təşkilatın əməkdaşı Şennon Maquayr OCCRP-nin əməliyyatlarını kurasiya edir.                  Araşdırmalardan həm görünən odur ki, Mütəşəkkil Cinayətkarlıq Korrupsiya Hesabatı Layihəsi ABŞ tərəfindən beynəlxalq qanunlara zidd olaraq rəqiblərinə qarşı illərdən bəri silah kimi istifadə edilib. OCCRP ABŞ kəşfiyyatı tərəfindən ötürülən məlumatların araşdırmaçı jurnalist məhsulu kimi təqdim edib bununla Vaşinqtonun xarici siyasətində təsir amili rolunu oynayıb.

Müntəzəm olaraq ABŞ-dən Qərb ölkələrindən təlimat alan OCCRP Azərbaycana qarşı həmişə birtərəfli xətt tutub, Azərbaycan həqiqətlərini dünyaya öz maraqlarına xidmət edən formada təqdim edib, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışıb. Hər addımda Azərbaycanın daxili işlərinə qarışan OCCRP, əsasən, erməni maraqlarının müdafiəçisi kimi çıxış edib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin üstündən isə həmişə sükutla keçib.

İndiyə qədər OCCRP-nin büdcəsinin Avropa İttifaqı, Avropa ölkələri, xüsusilə ABŞ-dən aldığı vəsait hesabına formalaşdırılması, USAID-ın ermənipərəst rəhbəri Samanta Pauer tərəfindən "tərəfdaş qurum" hesab edilməsi, hazırda OCCRP-nin əməliyyatlarını USAID əməkdaşı Şennon Maquayrin kurasiya etməsi onun nəyə kimlərə xidmət etdiyini açıq şəkildə göstərir. Adıçəkilən ölkələr həmişə Azərbaycana qarşı həm açıq, həm gizli formada qərəzli mövqe nümayiş etdirib. Təəssüflər ki, həmin qərəzli münasibət bu gün özünü qabarıq şəkildə göstərir.

Faktlar onu göstərir ki, OCCRP bütün ölkələrdə özlərinə əməkdaşlar "tapıb" onların vasitəsilə "araşdırmalar" apararaq çirkin məqsədlərini həyata keçiriblər. Azərbaycanla bağlı siyasətlərini həyata keçirmək, "araşdırmalar" aparmaq üçün Xədicə İsmayıldan, daha doğrusu, onun imzasından bir vasitə kimi istifadə ediblər. X.İsmayıl sadəcə olaraq bu təşkilatın sifarişini yerinə yetirib. Çap olunan  müəyyən materiallarda yalnız imzasının istifadəsinə razılığı müqabilində pul qazanıb. OCCRP-nin "araşdırma"larının hamısı bu cür aparılıb. OCCRP Azərbaycanda yüksəksəviyyəli COP29-un keçirildiyi dövrdə ABŞ Dövlət Departamenti tərəfindən aldığı sifarişi yerinə yetirərək yalan informasiyalar yayaraq bu mötəbər tədbirə müəyyən əngəllər törətməyə, uğurların üstünə kölgə salmağa çalışdı. Amma bu çirkin məqsədinə çata bilmədi.

Araşdırma nəticəsində məlum olub ki, həm Dövlət Departamenti, həm USAID rəsmi olaraq OCCRP-nin fəaliyyətinə müdaxilə etməsə , maliyyəsi müəyyən şərtlərlə təmin olunub. OCCRP rəhbərliyi araşdırmaların bir sıra ölkələrin siyasi rejiminə təsirindən söz açıb. "Biz yəqin ki, təxminən beş-altı ölkədə hökumət dəyişikliklərində iştirak etmişik", -  deyən Sallivan Bosniya Herseqovina, Qırğızıstan, Çexiya Monteneqronun adlarını çəkib.

Araşdırmada OCCRP-nin anonim baş redaktorunun bu sözləri diqqəti cəlb edib: "Siz ABŞ hökumətindən antikorrupsiya işlərinə görə pul alırsınızsa, bilirsiniz ki, sizi təmin edən əli dişləsəniz, daha pul gəlməyəcək..." Bu sözlərdən aydın görünür ki, doğrudan da, ABŞ- , Qərb ölkələrində mətbuat ağalarının pul kisələrindən asılıdır. Ona görə onların yazdıqlarına o qədər inanmaq lazım deyil.

 

  Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 7 dekabr (¹ 270).- S.8.