ABŞ Qərbin "media maşaları"

 

Məqsəd müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə müdaxilə etməkdir

 

 

"Məlumdur ki, bəzi xarici qrant verən qurumlar ictimai təşkilatları, media qurumlarını ələ almaq, bununla da ABŞ-nin Qərbin bəzi ölkələrinin kəşfiyyat orqanlarına yardım etmək məqsədilə yaradılıb. ABŞ bəzi Qərb dövlətləri ölkələrin daxilinə nüfuz etmək üçün bu kimi vasitələrdən istifadə edirlər".

Bu sözləri "Azərbaycan" qəzetinə Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib. O bildirib ki, onlar həm müstəqil siyasət yürüdən ölkələrə bu yolla təzyiq etməyə çalışırlar. Bu kimi təşkilatların fəaliyyəti, onların maliyyə mənbələri heç vaxt şəffaf olmayıb. Onlar xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirir, ölkələrdəki həssas qruplarla çalışır, cəmiyyətlərdə narazılıq, çaxnaşma yaratma məqsədi güdürlər. 2014-2023-cü illərdə ABŞ federal hökuməti Mütəşəkkil Cinayətkarlıq Korrupsiya Hesabatı Layihəsi - OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. Burada əsas məqsəd suveren respublikaların daxili işlərinə müdaxilə etməkdir. "Tarix onu göstərir ki, qonşu ölkələrdə baş verən rəngli inqilablar, Yaxın Şərqi qan gölünə döndərən siyasi proseslər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. OCCRP buna bənzər layihələr ABŞ Qərb dövlətləri tərəfindən birbaşa siyasi məqsədlərə xidmət edir. Onlar sadəcə olaraq qadın uşaq hüquqları, sosial məsələlər, həssas qruplara dəstək adı altında pərdələnirlər. Qərb bu təşkilatlardan geopolitik müstəvidə silah kimi istifadə edir. Çox təəssüflər olsun ki, bəzi hallarda media QHT rəhbərləri onların maşasına çevrilirlər", - deyə baş redaktor əlavə edib.

Onun sözlərinə görə, bu kimi xaricdən maliyyələşən jurnalistlər media qurumları bəzən öz ölkələrinin maraqlarını satmaqdan belə çəkinmir, düşmən mövqeyindən çıxış edirlər. Xarici ölkələrin birgə nəşrlərinin araşdırması bir daha onu sübut etdi ki, ABŞ Qərb tərəfindən maliyyələşdirilən media qurumlarının qarşısına yalnız bir məqsəd qoyulur: ölkələrdə çaxnaşma, xaos, gərginlik, süni gündəm yaratmaq dövlətlərin daxili işlərinə sirayət etməklə xalqda etiraz ruhunu qaldırmaq.

H.Heydərli qeyd edib ki, Azərbaycan dövləti hər zaman bu pərdələnmiş təşkilatın əsl mahiyyətini bilir ifşa edir: "Haqlı olaraq biz xalqımızı dövlətimizi bu təhlükəli planlardan qorumaq üçün onları ölkəmizdən uzaqlaşdırdıq. Şübhəsiz ki, bu da Azərbaycan rəhbərliyinin milli maraqlarımıza xidmət edən uzaqgörən siyasətinin daha bir parlaq nümunəsidir".

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 7 dekabr (№ 270).- S.8.