İntibah siyasəti

 

Respublika həyatında başlanan yeni dövr ölkəmizin, sözün əsl mənasında, intibah mərhələsidir. Bu dövr Azərbaycan həyatının digər müxtəlif sahələrindəki möhtəşəm tarixi nailiyyətlərlə yanaşı, milli-mədəni irsin qorunması, inkişafı beynəlxalq miqyasda tanıdılması, yaradıcı istedadlarımıza dəstək, mədəniyyət diplomatiyasının imkanlarından geniş istifadə olunması, xalqımızın dünyaya mədəni dəyərlərimiz işığında təqdim edilməsi ilə xarakterikdir.

Ümummilli Lider Heydər Əliyevin strateji inkişaf kursunu bu müstəvidə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev milli mədəniyyət tariximizdə yeni bir səhifə açmışdır. Bu inkişafı Azərbaycanın mədəni həyatının ən müxtəlif istiqamətlərində görə bilərik.

 

 

Şərqlə Qərbin təması

 

 

Şərq Qərb sivilizasiyasının qovşağında yerləşən Azərbaycan həyata keçirilən qlobal təşəbbüslərlə mədəniyyətlər arasında dialoq məkanına çevrilib. Həm  Qərb ölkələri ilə mədəni əlaqələrin genişləndirilməsi, həm Şərq dəyərlərinin qorunub saxlanması hər iki dünyagörüşünün bir araya gəlməsinə xidmət edir. Avropanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi uzun illərdir ki, xoş bir ənənəyə çevrilib. 2009-cu ildə Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsi bu proqram çərçivəsində görülən tədbirlər respublikamızın tarixində ən böyük mədəniyyət hadisələrindən olmaqla yanaşı, Azərbaycanın islam dünyasına inteqrasiyası sahəsində yeni səhifə açmışdır. Bundan başqa, Şuşa şəhərinin Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtları, bu il isə "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunması ölkəmizə, mədəni irsimizə, tarixi dini abidələrimizə beynəlxalq ictimaiyyətin böyük marağının nəticəsidir.

Bakıda İKT-nin 40 illiyinə həsr edilmiş "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfransın keçirilməsi ölkəmizin tolerantlıq nümunəsinə sivilizasiyalararası dialoq məkanına çevrilməsinə böyük töhfə vermişdir. Bildiyimiz kimi, son onilliklərdə mədəniyyət diplomatiyası anlayışından tez-tez istifadə edilir. Bu, insanlar arasında qarşılıqlı anlaşma yaratmaq məqsədilə mədəniyyət incəsənətin gücündən istifadədir.

Mədəniyyət diplomatiyası dövlətlər xalqlar arasında müxtəlif mədəniyyətlərin mübadiləsini təmin edir, qarşılıqlı dözümlülük üzərindən dostluq körpüləri salır, mehriban qonşuluq əlaqələrinin qurulmasına geniş imkanlar yaradır. Müasir beynəlxalq münasibətlərdə mədəniyyət diplomatiyası hər bir dövlət üçün çox səmərəli siyasi strategiya alətidir. Müasir dövrdə heç bir dövlət mədəniyyət diplomatiyası "yumşaq güc"dən faydalanmadan beynəlxalq aləmdə inkişaf inteqrasiya edə bilməz.

Ölkəmizdə yüksək səviyyədə keçirilən mötəbər COP29 tədbirində iqlim dəyişmələrinin mədəniyyətə təsiri məsələlərinə xüsusi diqqət yetirilib. Bu mühüm problem ilə əlaqədar hələ oktyabrın son günündə ADA Universitetində "COP29 mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri" mövzusunda konfrans keçirilib. Məqsəd mədəniyyətin iqlim dəyişikliyinin qarşılıqlı əlaqəsini araşdırmaq, mədəni təcrübələrin ənənələrin ətraf mühit dəyişikliklərinə təsirlərini diqqətə çatdırmaq olub. Konfransda qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi COP29-un hamı üçün davamlı inkişaf "yaşıl gələcəy"i inkişaf etdirən təsirli hadisəyə çevirmək əzmimizin göstəricisidir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı Prosesi" vasitəsilə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə sadiqdir. Bu ilin mayında Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iqlim mədəniyyət arasındakı əlaqəyə toxunulmuşdu. Bu da iqlim dəyişikliyinin mədəni irsə təsiri haqqında məlumatlılığı artırmışdı. Hazırda bu təşəbbüs dünya miqyasında yayılır daha çox ölkə onu dəstəkləməkdə maraqlıdır. Hamıya məlumdur ki, mədəniyyət müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malikdir. Bu mənada, Azərbaycan COP29-da İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur. C4C ənənələrin, incəsənətin milli irsin davamlı təcrübə dəyərləri necə inkişaf etdirə biləcəyini göstərərək mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün böyük qüvvəyə çevirməyə çalışır.

 

 

 

Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti

 

 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasında Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşü keçirilib. Bu görüş COP28, COP29 COP30-un sədrliklərini müvafiq olaraq təmsil edən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan Braziliyanın COP sədrlikləri üçlüyünün rəhbərliyi ilə gerçəkləşib. Tədbirdə bir sıra ölkələrin mədəniyyət nazirləri iştirak ediblər. Yığıncaqda qeyd olunub ki, qlobal istiləşmə, daşqınlar, dağıntılar, təbii fəlakətlər, zəlzələlər şəraitində mədəniyyət obyektləri məhvolma təhlükəsi ilə üz-üzə qalır. Belə hallar baş verərkən biz hər zaman maddi mədəni irsə aid nadir abidələri bərpa etmək işində daim səfərbər olmalıyıq. Tarixi obyektlərin dəqiq, uzunmüddətli, elektron nüsxələrinin yaradılması məqsədilə Türk Mədəniyyəti İrsi Fondu Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan bir çox digər ölkədə maddi-mədəni irsin, əlyazma abidələrin, saray komplekslərinin rəqəmsallaşdırılması istiqamətində fəal addımlar atır. Sonda Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub.

Sənəddə Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun yaradılmasından ötən bir il ərzində mədəniyyət iqlim əlaqəsində əldə olunan mühüm irəliləyiş əksini tapıb. İqlim dəyişmələrinin bütün formalarının mədəni irsə artan çoxşaxəli təsiri, eləcə onların müəyyən bölgələrə həssas qruplara qeyri-mütənasib təsiri vurğulanıb dərin narahatlıq ifadə edilib. Bildirilib ki, COP29-un Mədəniyyət Üçlüyü tərəfindən müəyyən edilmiş strategiyanın aktuallığı qəbul olunaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında (UNFCCC) Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə ilk planının təsdiq edilməsi istiqamətində çalışmaları davam ediləcək. Bu məqsədlə iqlim dəyişikliyinin təsirlərinin azaldılmasının uyğunlaşmasının, həm davranış dəyişikliyi baxımından iqlim fəaliyyəti üçün mədəniyyətin ayrılmaz rolunun, mədəni yaradıcı sektorların ekoloji keçidinin dəstəklənməsinin vacibliyi vurğulanır.

Kommunikedə 2022-ci il MONDIACULT Bəyannaməsi 2024-cü il G20 Salvador da Bahia Bəyannaməsi kimi beynəlxalq normativ sənədlərdə təsbit olunmuş öhdəliklərin yerinə yetirilməsinə çalışaraq COP29-un Mədəniyyət Üçlüyü üzv dövlətlərinin bir çox  müddəalara sadiq qaldıqları vurğulanır. İlk növbədə milli uyğunlaşma planları müəyyən edilmiş töhfələr daxil olmaqla, iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına dair siyasət strategiyalara mədəniyyətin daha çox inteqrasiya edilməsi, nazirlərarası əməkdaşlığın gücləndirilməsi, milli səviyyədə sektorlararası siyasətin formalaşdırılmasının təşviqi, mədəniyyət iqlim dəyişikliyi sahəsində bilik quruculuğuna məlumatların toplanmasına investisiya qoyulması, mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti COP-da daimi mexanizminin saxlanılması ilə bağlı strukturlaşdırılmış dialoqun əlaqələndirilmiş təbliğatın təşviq edilməsi, həmrəylik inklüzivlik dəyərlərinə əsaslanaraq, Cənub-Cənub Şimal-Cənub əməkdaşlığı da daxil olmaqla, mədəniyyət iqlim fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın inkişafı,  mədəniyyətin 2030-cu ildən sonrakı dayanıqlı inkişafın təşviqi yollarına dair gələcək müzakirələrdə müstəqil məqsəd kimi daxil edilməsinə dəstəyin artırılması, mədəniyyətin dayanıqlı inkişaf üçün transformativ vasitəçi hərəkətverici qüvvə kimi gücünün tanınması s. məsələlər öz əksini tapıb.

Sənəddə həmçinin COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünə evsahibliyi etdiyi üçün Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür ifadə edilir mədəniyyətin iqlim fəaliyyətinin bir hissəsinə çevrilməsi üçün davam edən səylərə töhfə verən "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsünün irəli sürülməsi məmnuniyyətlə qarşılanır.

Kommunikedə mədəniyyət-iqlim əlaqəsi ilə bağlı yeni inkişafları problemləri qiymətləndirmək üçün 2025-ci ildə Braziliyanın sədrliyi ilə keçiriləcək COP30-da yenidən toplaşmaq barədə razılığa gəlindiyi bildirilir.

Görüşdə çıxış edən Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib: "Dünyadakı bir çox abidələr coğrafi mövqeyinə istifadə olunan tikinti bərpa materiallarına görə unikaldır. Əcdadlarımızın nəsildən-nəslə ötürdüyü türk dünyasının mədəniyyət obyektlərinin yaradıcılarının təcrübəsi misilsizdir. Türk Mədəniyyəti İrsi Fondu zəngin praktiki təcrübəyə malik olan Türk Dünyasının Bərpaçıları Tarixçiləri Assosiasiyasını yaradıb türk ölkələrinin abidələrinin bərpası ilə bağlı tarixi təcrübəni, elmi təhlili praktiki tövsiyələri özündə ehtiva edən nəşrlər üzərində işə başlayıb".

Bu gün ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı məsuliyyətli üzvü kimi iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir bu istiqamətdə əməli işlər görür. Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli "yaşıl texnologiya"larının inkişafı kimi tədbirlər həyata keçirib. Təkcə 2023-cü il ərzində ölkə ərazisində 4 milyona yaxın ağac əkilib, cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib. "Azərbaycan - 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası smart (ağıllı) infrastrukturun formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması, "ağıllı şəhər" "ağıllı kənd" layihələri reallaşdırılır.

Ölkəmizin evsahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm əldə olunan nəticələrə görə tarixi nailiyyət kimi yadda qaldı. Bu qlobal tədbirin beynəlxalq əhəmiyyəti onun iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə davam edəcək.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 7 dekabr (№ 270).- S.10.