Təqvim
yaşı əsasdır,
yoxsa bioloji?
İnsanın yaşı
müəyyənləşdirilərkən
onun doğum tarixinə baxılır. Lakin müasir elmi yanaşmalar göstərir ki, yaş anlayışı təkcə xronoloji çərçivə ilə
məhdudlaşmır. Mütəxəssislərin
fikrincə, əsl yaş insanın bioloji yaşıdır, təqvim yaşı isə sadəcə ədəddir.
Bioloji yaş insanın faktiki yaşı ilə deyil, orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə ölçülür.
Əgər bir insanın təqvim yaşı 35-dirsə, onun
bioloji yaşının
60 olması da mümkündür. Yaxud əksinə, şəxsiyyət
vəsiqəsində yaşı
70 olan birinin bioloji yaşı 40-dan da aşağı ola bilər. Bu səbəbdən eyni yaşda olan iki insanın,
hətta əkiz olsalar belə, sağlamlıq vəziyyətlərinə
görə bioloji yaşları fərqli ola bilər.
Xronoloji yaş
ilə bioloji yaş arasında mühüm bir fərq var. Xronoloji yaşı yalnız məhkəmə
qərarı ilə dəyişdirmək mümkündürsə,
bioloji yaşı dəyişdirmək, artırmaq
və ya azaltmaq insanın öz əlindədir.
Yaş testləri
ev şəraitində
də aparıla bilər
Bioloji yaş insanın sağlamlıq vəziyyətinin aydın
və real göstəricisidir. Onun əsas təyinediciləri
yaşa bağlı olan hipertoniya, ürək-damar, alsqeymer, diabet, parkinson, piylənmə və xərçəng kimi xroniki xəsəliklərdir.
Bəs bioloji yaşın neçə olduğu necə təyin edilir? Bunun üçün üsul, metod varmı? Əlbəttə
ki, var.
Bioloji yaşı
həm ev şəraitində, həm
də laboratoriyada aparılan testlər vasitəsilə təyin etmək mümkündür.
Ev şəraitində
bioloji yaşı müəyyənləşdirməyin bir neçə üsulu var.
Balans testi: Bu testi edərkən
sol ayağın üzərində durub, sağ ayağı 45 dərəcə əyilmiş
vəziyyətdə saxlayıb,
əlləri ombaya qoyaraq gözləri yummaq lazımdır. Müvazinəti itirmədən
bu şəkildə qalmaq müddətinə əsasən bioloji yaş təyin edilir. Əgər bu şəkildə qaldığınız müddət
70 saniyədən çoxdursa
20, 60-69 saniyədirsə 30, 50-59 saniyədirsə 40, 40-49 saniyə
arasındadırsa 50, 30-39 saniyədirsə
60, 20-29 saniyədirsə 70, 19 saniyədən azdırsa
80 yaşındasız.
Refleks testi: Yaşlandıqca ani dəyişikliklərə reaksiya
sürəti azalır.
Test üçün yazı
yazarkən istifadə
etdiyiniz əli açıb, yanınızdakı
şəxsdən əlinizin
üstündə 45 santimetrlik
xətkeş tutmasını
xahiş edin. O, xətkeşi buraxarkən
tutduğunuz hissə reaksiya sürətinizin ölçülməsində mühüm
göstəricidir. Əgər
xətkeşi tutduğunuz
hissədəki rəqəm
14 santimetrdən azdırsa
20, 15-24 santimetr arasındadırsa
30, 25-29 santimetr arasındadırsa
40, 30-35 santimetr arasındadırsa
50, 40 santimetrdən çoxdursa,
60 yaşındasınız.
Dəri testi: Yaşlanan dəri kollagen itkisinə məruz qalır, elastikliyini əhəmiyyətli
dərəcədə itirir.
Elastiklik itkisinin ölçülməsi də
bədən yaşı
haqqında məlumat verir. Test etmək üçün dərini
sıxıb, təxminən
1 dəqiqə belə
tutub sonra buraxmaq lazımdır. Dərinin əvvəlki vəziyyətinə qayıdıb
hamarlaşması üçün
tələb olunan müddət əgər
1-2 saniyədirsə 30, 3-4 saniyədirsə
40, 5-10 saniyədirsə 50, 10-30 saniyədirsə 60, 30-45 saniyədirsə
70, 45 saniyədən çoxdursa,
80 yaşınız var.
Zehni sürət
testi: Bu test zehnin yaddaş,
hesablama gücünü
ortaya qoyur. Test üçün 100-dən sıfıra
doğru 7-7 saymaq kifayətdir. Hesablamaq üçün lazım olan vaxt zehni
sağlamlığın göstəricisidir.
Əgər hesablama üçün lazım olan zaman 25 saniyədən
artıqdırsa, zehin
yaşınız 60-dan yuxarı,
20-25 saniyə arasındadırsa,
40-60 arasında, 20 saniyədən
azdırsa, 40-dan azdır.
Daha yaxşı
yaşlanma...
İllər keçdikcə
insanın əsas istəyi yalnız yaşlanmaq deyil, heç kimə yük olmadan, ətrafındakılara əziyyət
vermədən qocalmaq
olur. Türkiyəli professor Osman Müftüoğlunun fikrincə,
qocalıq xəstəliklərinin
əsas səbəbi onların bioloji qocalmadan əmələ gəlməsidir. Hər bir insanı xəstəliklərə daha
həssas edən xronoloji zamanın özü deyil, orqanizmdəki molekullar və hüceyrələr
arasında baş verən, xəstəliklərin
yaranmasına zəmin
yaradan bioloji dəyişikliklərdir. Sadə
dillə desək, bioloji yaşlanma qocalma ilə bağlı bütün xroniki və kəskin xəstəliklər
üçün ən
böyük müəyyənedici
risk faktorudur.
Elm və təkamül göstərir
ki, xronoloji yaşdan fərqli olaraq, bioloji qocalmanı dəyişdirmək,
yavaşlatmaq və formalaşdırmaq olar. Bioloji yaş yalnız genetikadan asılı deyil. Ətraf mühit, həyat tərzi və özünəqayğı
ilə bioloji yaşı sürətləndirmək
və ya yavaşlatmaq mümkündür.
İnsanların həyat
keyfiyyətini yaxşılaşdırmadan,
yaddaşını, beynini,
ürəyini, damarlarını,
əzələlərini və
sümüklərini onlar
üçün kifayət
qədər güclü
və davamlı etmədən insan ömrünü uzatmaq mümkün deyil.
İnsanlar 40-50 yaşlarından
etibarən "ən
az zərərlə"
yaşlanmağın yollarını
araşdırmalı, tapmalı
və tətbiq etməlidirlər. Onlar
"Niyə, necə və hansı səhvlərə görə
sürətlə yaşlanırıq?",
"Xroniki xəstəlikləri
necə aradan qaldıra və ya idarə edə
bilərik?" kimi suallara cavab tapmalıdırlar. Osman Müftüoğlu bioloji yaşı azaltmaq üçün insanları
"qızıl dördlük"
adlandırdığı qaydalara
əməl etməyə
çağırır: müntəzəm
məşq, balanslı
qidalanma, keyfiyyətli
yuxu və az stres. Mütəxəssis
qeyd edib ki, bu qaydalara
riayət edilsə, xroniki xəstəliklərə
qarşı genetik meyil olsa belə,
onlara tutulma şansı əhəmiyyətli
dərəcədə azalacaq.
Dərin yuxu fazalarının müntəzəmliyi
və intensivliyi, yuxunun müddəti və quruluşu olduqca vacib amildir.
Bütün yaşlarda,
lakin xüsusilə 60
yaşdan sonra sağlam insanların bioloji ritmə diqqət yetirərək keyfiyyətli yuxuya gündə ən azı 6, ən çoxu 9 saat vaxt sərf etməsi tövsiyə edilir.
60 yaşı adlamış
insanlar hər gün ağır hərəkətlər etmədən
bədən tərbiyəsi
ilə məşğul
olmalı, yürüş
etməlidirlər. Hətta
cəmi 20-30 dəqiqəlik
sürətli gəzintilər
belə DNT-nin uclarında qoruyucu telomerləri daha gənc saxlayaraq hüceyrə aşınmasını
yavaşladacaq.
Balanslı qidalanma
olduqca vacib amildir. Yeməklər arasında fasilələri
uzatmaqla 16 və hətta 18 saatlıq oruc tutmaq insanı
daha sağlam edir. Qidalanma zamanı immunitetin zəifləməməsi üçün
vitamin qəbulu da önəmlidir. Omeqa-3, C, D, B12, K1, K2, maqnezium, sink və fol turşusu əksikliyi orqanizmin müqavimətini zəiflədir.
Bu vitaminlərsiz sağlamlığı
qorumaq və ya yaxşılaşdırmaq
mümkün deyil.
ABŞ-nin Stenford Universitetinin
tədqiqatçıları tərəfindən aparılan
araşdırmaya görə,
yavaş və davamlı bir proses olan qocalma insan
ömrü boyu iki dəfə sürətlənir. Bu hal
40 və 60 yaşlarında
baş verir. Mütəxəssislər qidalanmaya,
yuxuya, damar sağlamlığına,
hiss orqanlarının və
yaddaşın qorunmasına,
aktiv və stressiz həyat tərzinə xüsusilə
bu yaşlarda diqqət etməyi tövsiyə edirlər.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.-
7 dekabr (№ 270).- S.11.