Ədalət bu dəfə zəfər çalacaq

 

 

Xalqımızın doğma yurdundan zorla qovulmasına beynəlxalq hüquqi qiymət verilməlidir

 

 

Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran mühüm strateji mənəvi xarakterli hədəfdir. XX əsrdə mərhələlərlə həyata keçirilmiş məqsədyönlü deportasiyaya beynəlxalq qiymətin verilməsi xalqımızın tələbidir. Hazırkı Ermənistan ərazisində olan xalqımızın min illər boyu yaşadığı doğma torpaqlarımıza qayıdışın hüquqi əsasları həm beynəlxalq birlik, həm Ermənistan tərəfindən rəsmi şəkildə qəbul edilməyincə dövlətlərarası sabit sülh normal qonşuluq münasibətlərindən danışmaq olduqca çətindir. Bu prosesin reallaşması dünya birliyinin azərbaycanlıların tarixi dədə-baba yurdlarından zorla didərgin salınması faktını qəbul etməsindən keçir, dövlətimizin bu istiqamətdə reallaşdırdığı səylər xalqımız tərəfindən bəyənilir dəstəklənir.

 

 

Qarşımızda duran növbəti çağırış

 

 

Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılması ötən əsrin müxtəlif mərhələlərində xalqımızın tarixən türk yurdu olan müasir Ermənistan ərazisindən zorakı yollarla sıxışdırılması prosesinin davamı olmuşdur. XIX əsrin əvvəllərindən etibarən ermənilərin bir toplum olaraq bu torpaqlara köçürülməsi ilə tarixi Azərbaycan ərazilərinə iddiaları Rusiya imperiyası keçmiş SSRİ dövründə daha məqsədyönlü aqressiv xarakter almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda deyildiyi kimi, "Azərbaycan xalqı ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918-1921, 1948-1953 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış Ermənistan monoetnik dövlətə çevrilmişdir".

2020-ci ilin Vətən müharibəsində qazandığımız parlaq hərbi qələbə ötən ilin sentyabr ayında keçirilən ildırımsürətli antiterror əməliyyatı nəticəsində Qarabağ Şərqi Zəngəzurda on illər ərzində kök salmış etnik bölücü aqressiv hərbi xuntanın fəaliyyətinə son qoyulmuşdur. Müstəqillik dövrümüzdə ilk dəfə olaraq sərhədlərimiz suverenliyimiz bərpa olunmuşdur. Bu tarixi qələbə ədalətin bərpası xalqımızın qarşısında duran növbəti çağırışın gerçəkləşdirilməsi üçün siyasi diplomatik səylərin intensivləşdirilməsinə münbit şərait yaratmışdır. Əgər dünya birliyi Cənubi Qafqaz bölgəsində Azərbaycanla Ermənistanın sabit sülh şəraitində mövcudluğunu arzulayırsa bu istiqamətdə cəhd göstərmək istəyirsə, azərbaycanlıların tarixi yurdlarından zorla köçürülməsi faktını diqqətdən kənarda saxlamamalıdır.

Bunu 30 il ərzində Azərbaycan torpaqlarının işğalına, yüzminlərlə soydaşımızın dədə-baba yurdundan qovulmasına, xalqımızın başına gətirilmiş soyqırımı faktlarına göz yumub, Ermənistanın işğalçı əməllərini legitimləşdirməyə çalışan bəzi beynalxalq təşkilatlar dövlətlərdən gözləmək çətindir. üçün? Ona görə ki, Ermənistanın, erməni diasporunun onların havadarlarının on illərdir Azərbaycana qarşı davam edən çirkin qərəzli kampaniyası bu "məzlum" xalqın "təqib məhv edilməsi, deportasiyası soyqırımına məruz qalması" kimi uydurma təbliğat üzərində qurulub. Qərb dünyasının erməniləri himayə etməsinin başlıca səbəbi "əzilən ermənilərin məhvinin qarşısının alınması" əməliyyatı kimi təqdim olunub bu proses hələ davam edir. Burada əsas niyyət yalnız erməniləri müdafiə etmək deyil, həm bəzi dövlətlərin siyasi mərkəzlərin öz günahlarını ört-basdır etmək məqsədi daşımaq cəhdidir. Bu xalqın tarixən başına gəlibsə, başqalarının əlində siyasi alət  olduğu üçün gəlib. Osmanlı dövlətinin tərkibində əmin-amanlıq şəraitində yaşayan ermənilərin "qəflətən soyqırımı"na məruz qalması dünyanı öz xeyirlərinə bölmək istəyənlərin geosiyasi planlarından irəli gələn oyundur.

XX əsr "erməni faciəsi"nin dünya ictimai rəyinə saxtakarlıqla yeridilməsi prosesi ilə müşayiət olunub. Müxtəlif dövlətlərin parlament kürsüləri, beynəlxalq təşkilatların müzakirə masaları türklərə qarşı hədyanların yağdırılması meydanına çevrilib. Yalanla dolu kitablar dərc edilib, "elmi araşdırmalar" aparılıb belə demək mümkündürsə, erməni təəssübkeşləri müvəqqəti olsa, istəklərinə nail olublar. İndi isə həm zəmanə dəyişib, həm şərtlər. İnternet informasiya əsrində, hər kəsin məlumat mənbəyinə əlçatanlığı reallığında siyasi cəhətdən ən zəif olan şəxsi belə aldatmaq müşkül məsələyə çevrilib. İndi bir vaxtlar Rusiya imperiyası sovet hakimiyyətinin tərkibində olan xalqımızın müstəqil dövləti - Azərbaycan var. Azərbaycan o dövlətdir ki, qarşısına qoyduğu məqsədi - tarixi ədalətin bərpası missiyasını addım-addım reallığa çevirmək əzmindədir hədəfindən heç vaxt, heç bir halda geri dönməyəcək. Qərbi Azərbaycandakı torpaqlarımıza qovuşmaq, soydaşlarımızın ana vətənə qayıdışını təmin etmək bu dövlətin əsas tarixi siyasi missiyalarından biridir.

Ermənilərdən fərqli olaraq, bizim əlimizdə gerçək tarixi sənədlər var. Onları himayə edənlərdən fərqli olaraq, biz yalan dolu kitablar deyil, tarixi ədalətə söykənən elmi əsərlər, araşdırmalar yazırıq. Qanlı erməni diasporundan fərqli olaraq, biz saxtalaşdırılmış mənbələr deyil, müasir reallığa əsaslanırıq: indiki Ermənistan ərazisində əsrlər boyu yaşayan soydaşlarımızın hansı zorakılığa məruz qaldıqlarına dair sənədləşdirilmiş faktlar, videogörüntülər var.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, xalqımızın əzmi ordumuzun iradəsi ilə Qarabağ Şərqi Zəngəzuru geri qaytarmağımız, bu torpaqlarda həyata keçirilən irimiqyaslı bərpa yenidənqurma işləri deməyə əsas verir ki, Azərbaycan dövləti sözügedən məsələdə tarixi ədalətin bərpa edilməsi istiqamətindəki səylərindən geri çəkilməyəcək. "Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda "Böyük Qayıdışa dair Dövlət Proqramı" uğurla icra edilir... Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir", - deyə dövlət başçısının konfrans iştirakçılarına ünvanladığı məktubda deyilir.

 

 

Qərbi azərbaycanlıların fundamental hüquqları bərpa edilməlidir

 

 

 

Ermənistan dövləti hər vəchlə bu tarixi gerçəkliyi inkar etməyə çalışır təəssüf ki, dünya birliyi vətənlərindən zorla qovulmuş azərbaycanlıların probleminə biganə qalmaq yolunu tutub. Necə ki, biz bunu illərboyu Qarabağ Şərqi Zəngəzurdan olan əhalimizin acınacaqlı vəziyyətinə münasibətdə sərgilənən etinasızlıqda görmüşük. Bununla belə xalqımız yaxşı anlayır ki, tarixi ədaləti bərpa etmək üçün ikili standartların hökm sürdüyü dünya reallığında ilk növbədə öz gücümüzə iradəmizə əsaslanmalıyıq. Prezident İlham Əliyevin tədbir iştirakçılarına göndərdiyi məktubda hazırkı Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların vətən həsrəti doğma yurdlarına, torpaqlarına qayıda bilmək hüququnun tanınmasının "yol xəritəsi" əks olunur: "Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan" xülyası, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir. Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin icmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir". Daha sonra məktubda qeyd olunur ki, Ermənistanın icmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir: "Ermənistan icma ilə danışıqlara başlamalı qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli bu sahədə əməkdaşlıq etməlidir".

 

 

 

Ermənistan azərbaycanlıların vətən hüququnu tanımalıdır

 

 

Müasir Ermənistan ərazisindəki torpaqlarımızın xalqımıza məxsusluğunu burada qalmış təəssüf ki, əksər hallarda dağıdılmış Yer üzündən silinmiş Azərbaycan irsi, maddi-mədəniyyət, tarixi-memarlıq abidələri təsdiqləyir. Xalqımızın öz vətəni üzərində olan hüququ, əsrlər boyu yaşadığı el-obasına qayıdış haqqının tanınması ilə yanaşı, həmin torpaqlarda Azərbaycan irsinə qarşı bilərəkdən həyata keçirilmiş Yer üzündən silinmə unutdurulma siyasəti beynəlxalq hüquqi platformalarda öz ədalətli qiymətini almalıdır.

Azərbaycan ötən illər ərzində dəfələrlə beynəlxalq birliyi, konkret olaraq UNESCO kimi mötəbər təşkilatı işğal altında olan ərazilərində Ermənistan erməni separatçı xuntanın həyata keçirdiyi sivil bəşəriyyətə həqarət olan cinayət əməllərinə diqqət yetirməyə çağırmışdır. Təəssüf ki, humanizm ideyaları ilə pərdələnmiş bəzi dairələr işğal altında olan torpaqlarımıza belə missiyaların gerçəkləşdirilməsinə hər vəchlə əngəllər yaratmaqla Ermənistanın işğal əməllərini ört-basdır etməyə çalışmışlar. Nəticədə yüzlərlə yaşayış məntəqəmiz - şəhər kəndlərimiz viran edilib Yer üzündən silnmiş, məzarlıqlarımız ibadət yerlərimiz dağıdılıb təhqir edilmiş, mədəniyyat ocaqlarımız sökülmüş, Azərbaycan xalqının irsi olan maddi-mədəniyyət nümunələrimiz oğurlanıb qəsb edilmişdir.

Acınacaqlı haldır ki, on illərboyu bu vandallığa göz yummuş dünya birliyi xalqımızın ərazi bütövlüyünü bərpa etməsindən sonra da ermənilərin saxta iddialarının aləti olmaqdan qurtula bilmir. Erməni diasporunun, Azərbaycana münasibətdə qərəzli mövqedə olan bəzi dövlətlər mərkəzlərdə fəaliyyət göstərən erməni lobbisinin təzyiqi ilə xalqımıza qarşı yürüdülən ikili standartlar siyasəti bu sahədə davam etdirilir.  Xalqımıza məxsusluğu tarixi dəlillərlə sübut edilən, ancaq işğal dövründə saxtalaşdırma əməllərinə məruz qalan, indi isə "erməni irsi" kimi təqdim edilən tarixi abidələrə "araşdırıcı" missiyaların təşkil edilməsi məzmunlu təşəbbüslər irəli sürülür. Halbuki Azərbaycan bu tələbi on illər ərzində etsə , Qərbin "humanist" dəhlizlərində eşidilməmiş olaraq qalmışdır.

Bu baxımdan xalqımızın indiki Ermənistan ərazisindəki doğma yurdu üzərində hüquqlarının tanınması bərpası prosesində tarixi-memarlıq, maddi-mədəniyyət mənəvi irsimizin təbliğinin mühüm əhəmiyyəti var. Dövlət başçısının beynəlxalq konfrans iştirakçılarına müraciətində bu amilə toxunması xüsusi əhəmiyyət kəsb edir: "Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur. Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının islam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük irqçilikdən başqa bir şey deyildir".

Azərbaycan dövləti xalqımızın XX əsrdə mərhələlərlə hazırkı Ermənistan ərazisində olan vətənindən qovulmasına, məqsədli şəkildə deportasiyasına beynəlxalq hüquqi qiymətin verilməsinə nail olmaq əzmindədir. Dünya birliyi ilə yanaşı, Ermənistan da azərbaycanlıların bu hüququnu tanımalı reallıqla barışaraq tarixi ədalətin bərqərar olmasına müqavimət göstərməməlidir. Azərbaycan xalqı onsuz da bu hüququnu bərpa edənə qədər mübarizə aparacaqdır. Necə ki, Qarabağın Şərqi Zəngəzurun işğalı ilə barışmayaraq, minlərlə şəhid verərək ərazi bütövlüyümüzə nail olmuşuq, eləcə dədə-baba yurdumuza qayıdışımız üçün mübarizəmizi davam etdirəcəyik.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 8 dekabr (№ 271).- S.4.