Ölkəmiz yeni yüksəliş dövrünə qədəm
qoyub
Prezident İlham
Əliyevin ölkəyə
rəhbərlik etdiyi
2003-cü ildən bu günədək olan zaman kəsiyi Azərbaycanın tarixinə
hərtərəfli, sürətli
və davamlı inkişaf dövrü kimi daxil olub.
Bu dövr tariximizin ən şərəfli səhifələridir.
Dövlət başçısının inkişafa,
tərəqqiyə hesablanmış,
məqsədyönlü və
uğurlu dövlətçilik
fəaliyyəti tarixin
sınaqlarından üzüağ
çıxmış müasirlik,
daim yenilənmə prinsipləri üzərində
qurulmuşdur. İndiyə
qədər bütün
sahələrdə həyata
keçirilmiş islahatlar
ölkəmizin tarixində
yeni bir inkişaf mərhələsi
olan İlham Əliyev erasını ortaya qoymuşdur. Bu, Azərbaycan xalqının tarixində
xüsusi dəyəri
olan bir mərhələdir. Bu, Azərbaycan dövlətçiliyinin
möhkəmləndiyi, inkişaf
etdiyi, daim uğurlar qazandığı
bir dövrdür. Sevincini yaşadığımız
bu mərhələdə
dövlət başçısının
rəhbərliyi altında
görülən işlər,
həyata keçirilən
islahatlar Azərbaycan xalqına böyük uğurlar qazandırmışdır.
Tarixi əhəmiyyətinə
görə Prezident İlham Əliyevin Azərbaycan Respublikasına
rəhbərlik etdiyi
21 ilin hər ili xalqımız üçün tərəqqi,
inkişaf və misilsiz uğur deməkdir. Qəbul edilən dövlət proqramları əsasında
ölkəmizin regionları
dinamik inkişaf etmişdir. Beynəlxalq və yerli müşahidəçilər
bu inkişafa və tərəqqiyə əsaslanıb çox haqlı olaraq bildirirlər ki, dünyanın heç bir ölkəsində regionlar Azərbaycandakı
qədər ardıcıl
və sürətlə
inkişaf etmir. Belə sürətli inkişaf tempinə, aparılan quruculuq işlərinin sürətinə
əsaslanıb demək
olar ki, bu, indiyə qədər dünyanın
heç bir yerində olmayan regionların inkişaf etdirilməsinin İlham Əliyev modelidir.
Prezident İlham
Əliyevin 21 illik hakimiyyəti dövründə
xalqımızın tarixində
ən qüdrətli Azərbaycan formalaşıb.
Bu günlər xalqımız tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır.
Azərbaycan heç vaxt indiki qədər
güclü və qüdrətli olmayıb. Dövlət başçısı
yüksək idarəçiliyi,
həyata keçirdiyi
uğurlu və çevik siyasəti ilə respublikamızı
dünyanın inkişaf
etmiş böyük nüfuza malik olan ölkələri sırasına çıxarıb.
Prezidentin həm daxili, həm də xarici siyasətinin mərkəzində
Azərbaycan xalqı,
onun əmin-amanlığı
dayanır. Azərbaycan
Prezidentinin başlıca
amalı və məqsədi daim qurub-yaratmaq, dövlətçiliyimizi
möhkəmləndirmək və xalqımızı xoş günə, firavan həyata qovuşdurmaqdır. Həyata
keçirilən uğurlu
islahatlar nəticəsində
bütün sahələrdə
sürətli inkişafa
nail olunub, nailiyyətlər qazanılıb.
Bu, insanların rifah halını, sosial vəziyyətini daha da yaxşılaşdırıb.
Prezident İlham
Əliyevin rəhbərliyi
altında Azərbaycanın
beynəlxalq nüfuzu
getdikcə artır, ölkəmiz dünyada söz sahibinə çevrilir. Buna görə də regionda reallaşdırılan
bütün beynəlxalq,
irimiqyaslı layihələr
Azərbaycanın iştirakı,
onun milli maraqlarının nəzərə
alınması ilə
həyata keçirilir.
Qürurla deyə bilərik ki, dövlət başçımız
daim xalqımızı
sevindirən layihələrə
imza atır. Bunu Azərbaycanın iqtisadiyyatında, elmində,
təhsilində, səhiyyəsində
və başqa sahələrdə çalışan
vətəndaşlarımız öz həyatlarında aydın şəkildə
hiss edirlər.
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin siyasi iradəsi, hərbi sərkərdəlik
qabiliyyəti sayəsində
Azərbaycan Ordusunun
44 günlük Vətən
müharibəsində qazandığı
möhtəşəm Zəfər
dövlətimizin gücünü,
qüdrətini dünyaya
bir daha göstərdi. Qısa müddət ərzində
düşmən üzərində
qazanılmış bu
Zəfər nəinki
ərazilərimizin 30 illik
işğalına son
qoydu, həm də son 100 ildə xalqımıza qarşı törədilən
etnik təmizləmə,
deportasiya və soyqırımı siyasətini
birdəfəlik dayandırdı.
Şəhidlərin qanı,
zabit və əsgərlərimizin qəhrəmanlığı
sayəsində əldə
olunmuş bu Zəfər ermənilərin
və onların dünyadakı havadarlarının
regionda addım-addım
həyata keçirdikləri
200 illik işğal strategiyasını darmadağın
etdi. İkinci Qarabağ müharibəsində
qazanılan Zəfər
200 illik tariximizdə ilk dəfə olaraq, Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın
öz ata-baba yurdlarına qayıdışı
üçün əlverişli
zəmin yaratdı.
Bu gün ölkəmiz sosial-iqtisadi
cəhətdən kimsədən
asılı olmadan öz inkişaf yolu ilə inamla
addımlayır. Azərbaycanın
rəyi, mövqeyi ilə dünyanın aparıcı dövlətləri
də hesablaşırlar.
Daim inkişafda, tərəqqidə və güclənməkdə olan
Azərbaycan regionun lider dövləti kimi bölgədəki yeni reallıqların əsas müəllifi, iqtisadi-siyasi proseslərin başlıca iştirakçısı
rolunu oynayır. Azərbaycanı inamla uğurlu gələcəyə
aparan Prezident İlham Əliyevin hakimiyyət illəri birmənalı olaraq ölkənin dayanıqlı
inkişafı, daim güclənməsi, dünyada
söz sahibinə çevrilməsi ilə tarixə yazılıb.
Prezident İlham
Əliyevin rəhbərliyi
altında Azərbaycan
başqa sahələrdə
olduğu kimi, iqtisadi sahədə də böyük uğurlar qazanıb. Ölkəmizin iqtisadi-siyasi
uğurlarını əsaslandıran
başlıca amillərdən
biri də möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi
ilə zəruri islahatların uğurla həyata keçirilməsidir.
Dövlət başçısının
rəhbərliyi ilə
həyata keçirilən
uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı
iqtisadi yüksəlişini,
tərəqqisini təmin
edir. Bir-birinin ardınca uğurlar qazanılır. Getdikcə
ölkəmizin iqtisadi
gücü və qüdrəti daha da artır.
Azərbaycan Prezidenti
İlham Əliyevin uğurları sırasında
xarici KİV və beynəlxalq analitiklər,
bir qayda olaraq, milli səviyyədə
siyasi sabitliyin və təhlükəsizliyin
qorunub saxlanması və möhkəmləndirilməsini,
eləcə də milli iqtisadiyyatın keyfiyyətcə yüksəlişini
və Azərbaycan xalqının mənəvi
irsinin qorunub saxlanmasını, dirçəldilməsini
və başqa amilləri xüsusi ilə vurğulayırlar.
Bütün bunlar isə uğurla həyata keçirilən
islahatların nəticəsində
əldə olunub.
Bu il ölkəmiz COP29-a da evsahibliyi
etdi. Noyabrın 11-dən
23-dək Bakı şəhərində
bu mötəbər tədbir yüksək səviyyədə reallaşdırıldı.
Konfransda qəbul edilmiş qərarlar bəşəriyyətin gələcəyi
üçün müstəsna
əhəmiyyət daşımaqla
yanaşı, Azərbaycanın
liderlik qabiliyyətini
və beynəlxalq nüfuzunu bir daha dünyaya göstərdi. Dünya Azərbaycanda birləşdi,
bütün diqqətlər
ölkəmizə yönəldi.
Dünyamız üçün
vacib olan konfransda çıxış
edən Prezident
İlham Əliyev Azərbaycan
həqiqətlərini, Azərbaycanın
mövqeyini COP29 tribunasından bəyan etdi. Azərbaycan dövləti dünya ölkələrini bir məkana yığaraq bəşəriyyət üçün
vacib olan iqlim dəyişikliyi məsələsinin müzakirəsini
keçirdi. BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
- COP29-un ölkəmizdə keçirilməsi sadəcə
bir toplantı deyildi. Bu, hər şeydən öncə dünyanın Azərbaycan
dövlətinə, Prezident İlham Əliyevə
bir daha yüksək etimadını,
inam və hörmətinı göstərdi.
Dövlət başçısı
bu yüksək etimadı illərdən bəri yürütdüyü
uğurlu xarici siyasət nəticəsində
qazanıb. Azərbaycan
genişmiqyaslı tədbirin
öhdəsindən uğurla
gəldi, yüksəksəviyyəli
təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev
Azərbaycanın dinamik
inkişafını təmin
edən strategiya yaradıb. Bu inkişaf strategiyası Azərbaycan
xalqının əmin-amanlığına,
dayanıqlı inkişafına,
yüksəlişinə, sosial
vəziyyətinin daha
da yaxşılaşdırılmasına,
gücünün artırılmasına
hesablanıb. Həm uğurla, həm də zamanında həyata keçirilən
məqsədyönlü islahatlar
gündən-günə müsbət
nəticələr verir.
Dövlət başçısının
yaratdığı dayanıqlı,
dinamik inkişaf modeli fasiləsiz olaraq Azərbaycan iqtisadiyyatının tərəqqisini
təmin edir, ölkəmizin qarşısında
yeni perspektivlər açır.
Bu perspektivlər isə
yeni güc, yeni qüdrət,
yeni inkişaf, yeni yüksəliş
vəd edir. Deməli, Prezident İlham
Əliyevin rəhbərliyi
altında Azərbaycan
xalqını qarşıda
daha böyük uğurlar gözləyir.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
8 dekabr (№ 271).- S.4.