Bakıda
“İctimai diplomatiyada
parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi”
mövzusunda dəyirmi
masa təşkil olunub
Dekabrın 7-də ADA Universitetində “İctimai
diplomatiyada parlamentlərin
rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda
beynəlxalq dəyirmi
masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
açılış nitqi
ilə çıxış
edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov müstəqilliyimizin bərpasının
xalqımız üçün
tarixi bir nemət olduğu kimi, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin
möhkəmlənməsi baxımından
da mühüm əhəmiyyət daşıdığını
söyləyib. Ölkələrimiz
arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini deyən Ə.Əhmədov bildirib:
“Bu inkişaf təkcə iki ölkə arasında deyil, həm də beynəlxalq münasibətlər sistemində
onların nüfuzunun
artmasına və qlobal arenada daha fəal mövqe tutmalarına imkan yaradıb”.
Parlament sədrinin
birinci müavini, həmçinin diqqətə
çatdırıb ki,
dünya çox sürətlə dəyişir,
təbiət dəyişir,
insanlar da dəyişir. Cəmiyyət
də dəyişir və çox təəssüflə qeyd
etmək lazımdır
ki, bir sıra
hallarda bütün bu dəyişikliklər insanlara acılar gətirir. İkinci Dünya müharibəsindən
sonra yaranan beynəlxalq münasibətlər
sistemi və beynəlxalq hüquq indi ağır böhran içərisindədir.
Acı həqiqət ondan ibarətdir ki, artıq proses geriyə dönməz xarakter alıb.
Onun sözlərinə
görə, artıq dünya beynəlxalq münasibətlər sisteminin,
beynəlxalq hüququn
yeni reallıqlara uyğunlaşdırılmasına məhkumdur. “Təəssüflə
qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsindən sonra
hüququn ali olmasını təmin etmək məqsədilə
yaradılmış beynəlxalq
münasibətlər sistemi
də, beynəlxalq hüquq sistemi də çöküb və bunun alternativi
olaraq güc amili meydana gəlir.
İndi güc beynəlxalq hüququn çox ciddi alternativinə çevrilir.
Səbəb də ondan ibarətdir ki, beynəlxalq münasibətlər sistemi
də, beynəlxalq hüquq da indi
yaranmış dünya
reallıqlarına lazımınca
cavab verə bilmir”, - deyə parlament sədrinin birinci müavini əlavə edib.
Türkiyə Böyük
Millət Məclisinin
Xarici əlaqələr
komitəsinin sədri
Fuat Oktay ölkələrimiz arasında
münasibətlərin xüsusi
əhəmiyyətə malik
olduğunu deyib. Bildirilib ki, iki ölkə arasındakı qardaşlıq
və strateji tərəfdaşlıq bütün
siyasi məsələlərin
fövqündə dayanır,
milli maraqlar çərçivəsində qiymətləndirilir. Bu münasibətlərin güclənməsi
təkcə iki ölkə üçün
deyil, bütövlükdə
Türk dünyası
üçün mühüm
töhfələr verir.
F.Oktayın diqqətə
çatdırıb ki,
bu il Azərbaycan
parlamentinin 106-cı ildönümü
ilə yanaşı, Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində ilk dəfə seçkilərin
keçirilməsi ilə
əlamətdardır. “Bu,
ölkənin demokratik
inkişafında mühüm
mərhələ kimi
qiymətləndirilir. İlk
dəfə olaraq azad edilmiş ərazilərdə xalqın
iradəsi seçkilər
vasitəsilə parlamentə
əks olunub. Bu proses Azərbaycanın
dövlətçiliyinin möhkəmlənməsi
və demokratik dəyərlərin təntənəsi
baxımından xüsusi
əhəmiyyət kəsb
edir”, - deyə o əlavə edib.
Azərbaycan ilə
Türkiyə arasında
mövcud olan dostluq və strateji tərəfdaşlıq
münasibətlərinin daha
da inkişaf etdirilməsinin əhəmiyyətinə
toxunan TBMM-in komitə sədri vurğulayıb ki, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində
birgə səylərin
davam etdirilməsi vacib məsələdir. Bu cür beynəlxalq
tədbirlər iki qardaş ölkə arasındakı əməkdaşlığın
dərinləşməsinə mühüm töhfələr
verir.
Daha sonra konfransda “Parlamentlərin ictimai diplomatiyada rolu” mövzusunda müzakirələr aparılıb.
Müzakirələrdə Milli Məclis
sədrinin müavinləri
Ziyafət Əsgərov,
Rafael Hüseynov, Musa Qasımlı,
Türkiyə Böyük
Millət Məclisinin
Türkiyə-Azərbaycan parlamentlərarası
dostluq qrupunun rəhbərinin müavini
Orhan Erdem, Milli Məclisin
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidov, TBMM-in üzvü Nurhayat Altaca Kayışoğlu, Milli Məclisin
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədr müavini Nigar Arpadarai, TBMM-in Türkiyə-Avropa İttifaqı
Birgə Parlament Komitəsinin həmsədrinin
müavini Konur Alp Koçak çıxış
ediblər.
Tədbirdə Azərbaycan
və Türkiyə parlamentlərinin ictimai diplomatiya sahəsindəki
rolu, ortaq layihələrin həyata
keçirilməsi, regional və
qlobal çağırışlara
birgə cavab vermək məqsədilə
əməkdaşlıq imkanlarının
genişləndirilməsi, eləcə
də əməkdaşlığın
dərinləşdirilməsi və ictimai diplomatiyanın səmərəliliyinin
artırılması istiqamətində
məsələlər müzakirə
olunub.
Azərbaycan.-2024.- 8 dekabr
(¹ 271).- S.3.