TÜRKPA-nın
Baş katibi: Milli Məclis sülhün, təhlükəsizliyin
və qarşılıqlı
anlaşmanın təşviqinə
əhəmiyyətli töhfə
verir
Azərbaycanda parlamentarizmin
tarixi azadlıq, demokratiya və milli birlik ideyalarının
təşəkkül tapdığı
ən mürəkkəb
tarixi şəraitə
söykənir. 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman
Şərqində ilk
demokratik respublika olaraq tarixə düşdü, onun parlamenti isə xalqın milli suverenliyinin və siyasi yetkinliyinin simvoluna çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti
fəaliyyətə başladığı
ilk gündən demokratik respublikalara xas təşkilati prinsipləri rəhbər
tutaraq parlament demokratiyasının əsasını
qoydu.
AZƏRTAC xəbər verir ki, bu
fikirləri TÜRKPA-nın
Baş katibi Mehmet Süreyya Er dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm:
ənənələr və
perspektivlər” mövzusunda
beynəlxalq parlament konfransında çıxışı
zamanı səsləndirib.
Baş katib daha sonra deyib: “Milli Məclisin TÜRKPA çərçivəsində əməkdaşlıq prosesində fəal iştirakı Türk dünyası regionunda və ondan kənarda parlament diplomatiyasının möhkəmlənməsinə, sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın təşviqinə əhəmiyyətli töhfə verir. Əminəm ki, Azərbaycan parlamenti zəngin təcrübəsi ilə yeni uğurlar qazanmağa davam edəcək”.
Azərbaycan.-2024.- 8 dekabr (№ 271).- S.3.