Gürcüstan parlamentinin komitə sədrinin müavini: Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə tam hazırıq

 

Azərbaycanın ilk parlamenti ölkədə parlamentarizm ənənəsinin formalaşmasında ümumilikdə Azərbaycan Respublikasının inkişafında əhəmiyyətli rol oynayıb. Fəaliyyət müddətinin qısa olmasına baxmayaraq, ilk parlament mühüm qanunvericilik qərarlarının qəbuluna nail olub. 1918-ci ildən sonra Azərbaycanın qanunverici orqanı bir çox çətinlik dəyişikliklərdən keçib, lakin bu gün artıq bir əsrdən çoxdur ki, ölkənin siyasi, iqtisadi sosial tərəqqisinə böyük töhfə verməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin İnsan Hüquqları Vətəndaş İnteqrasiyası Komitəsinin sədr müavini Savalan Mirzəyev dekabrın 7-də Bakıda keçirilənParlamentarizm: ənənələr perspektivlərmövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı ifadə edib.

Savalan Mirzəyev Gürcüstan Azərbaycan arasındakı tarixən möhkəm dostluq səmərəli əməkdaşlığın davam etdiyini vurğulayaraq deyib: “Ortaq tariximiz qarşılıqlı hörmətimiz, eyni zamanda, regional sabitlik rifahın təmin edilməsi arzusu ölkələrimiz arasında əlaqələri daha da gücləndirir. Parlamentlərarası münasibətlərin inkişafında müsbət dinamikanı xüsusi qeyd etmək istəyirəm. Həm parlament sədrləri, həm komitələr dostluq qrupları arasında sıx əməkdaşlıq mövcuddur. Biz, ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da dərinləşdirməyə regional təhlükəsizliklə əlaqələrin inkişafı istiqamətində birgə işimizi davam etdirməyə tam hazırıq”.

 

Azərbaycan.-2024.- 8 dekabr (№ 271).- S.3.