Azərbaycan
tarixinə dair qısametrajlı filmlərin
təqdimatı keçirilib
Diasporla İş
üzrə Dövlət
Komitəsində “Azərbaycan
tarixi” (“History of Azerbaijan”) layihəsinə daxil olan qısametrajlı filmlərin təqdimat mərasimi keçirilib.
Dövlət Komitəsindən
AZƏRTAC-a bildirilib ki,
əvvəlcə Azərbaycanın
Dövlət Himni səsləndirilib, şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış
edən Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov bildirib ki, bu gün
Prezident İlham Əliyevin tapşırıqları
əsasında diaspor fəaliyyəti daha da genişlənib və Azərbaycan diasporu uğurlu layihələr həyata keçirir.
“Ölkəmizin mədəniyyətinin
təbliği ilə bağlı qeyd etməliyik ki, milli-mədəni və mənəvi dəyərlərimizin
qorunub saxlanılmasında,
onların bütün
dünyada təbliğ
olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondunun gördüyü işlər
dövlətimiz, xalqımız
üçün böyük
töhfədir. Xaricdəki
Azərbaycan icmaları
da bu sahədə
beynəlxalq layihələr
həyata keçirir və dövlətimiz diaspor təşkilatlarının
layihələrinə dəstək
verməyi prioritet məsələlər kimi
görür”, - deyə
Komitə sədri əlavə edib.
Sonra “History of Azerbaijan” layihəsinin təqdimat videosu, “Dəmir Yumruq – Vətən müharibəsi”, “Azərbaycanda
qədim dinlər və multikulturalizm” filmi, eləcə də “Əkinçi” qəzeti haqqında film nümayiş olunub.
“Vətən” Azərbaycan
İncəsənət və
Mədəniyyət Mərkəzinin
rəhbəri Lalin Həsənova Azərbaycan
həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında
belə layihələrin
vacibliyini vurğulayıb
və filmin yaradıcı heyətinə,
həmçinin Diasporla
İş üzrə
Dövlət Komitəsinə
minnətdarlıq edib.
O, növbəti layihənin
azyaşlı uşaqlar
üçün animasiya
filmlərinin istehsalı
ilə bağlı olduğunu diqqətə çatdırıb.
Bakı Dağ
Yəhudiləri Dini İcmasının rəhbəri
Milix Yevdayev, Azərbaycanın Milli Qəhrəmanı Şirin
Mirzəyevin həyat yoldaşı Flora Qasımova, layihənin iştirakçısı Zamiq
Əliyev və başqaları belə filmlərin Azərbaycan tarixinin, mədəniyyətinin
təbliğində böyük
əhəmiyyət daşıdığını
dilə gətiriblər.
Hazırlanan filmlər
tədris vəsaiti kimi xaricdəki həftəsonu Azərbaycan
məktəblərinin proqramına
daxil edilib, eyni zamanda, müxtəlif
ölkələrdəki icma
tədbirlərində nümayiş
olunur.
Qeyd olunub ki, 16 qısametrajlı filmdən ibarət olan layihə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və ELTV Media Qrupunun birgə təşkilatçılığı ilə Kanadada hazırlanıb. “History of Azerbaijan” layihəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və ELTV Media Qrupunun birgə təşkilatçılığı ilə Kanadada ərsəyə gətirilib.
Azərbaycan.-2024.- 8 dekabr (¹ 271).- S.5.