Sülhə gedən yol Azərbaycanın şərtlərinə əməl olunmasından keçir

 

 

İkinci Qarabağ müharibəsindən sonra sülhlə bağlı təşəbbüslər çağırışlar daim Azərbaycan tərəfindən edilib. Ermənistandan fərqli olaraq respublikamız sülhün barışığın əldə edilməsi üçün lazım olan bütün addımları atıb. Rəsmi Bakı münasibətlərin normallaşdırılması üçün qarşı tərəfə beynəlxalq hüququn normalarına cavab verən 5 prinsip təqdim edib.

 

 

Bakı prosesin uğurla başa çatdırılmasında maraqlıdır

 

 

2023-cü ilin sentyabrına qədər Ermənistan Azərbaycanın sülh təşəbbüslərini sabotaj etməklə məşğul olub. Azərbaycanın təqdim etdiyi prinsiplər Ermənistan tərəfindən zahirən müsbət qarşılansa da, bu ölkənin bir sıra rəsmiləri sözdə sülhə tərəfdar olduqlarını bildirsələr , törətdikləri hərbi  təxribatlarla sülh prosesini tormozlayıblar. 

Antiterror əməliyyatlarından bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin edilməsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi münasibətlərin normallaşdırılması üçün mühüm tarixi şərait formalaşıb. Bu imkanlardan yararlanan rəsmi Bakı sülh prosesinin uğurla başa çatdırılmasında maraqlıdır.

Lakin eyni fikirləri Ermənistan barədə söyləmək mümkün deyil. Ermənistanın baş naziri bu ölkənin digər rəsmiləri sülh sazişinin vacibliyindən, iki ölkə arasında münasibətlərin normallaşdırılmasından dəm vursalar da, fərqli davranış ortaya qoyurlar. Düzdür, ikitərəfli saziş layihəsinin mətni üzərində irəliləyiş var. O cümlədən birbaşa ikitərəfli dialoq vasitəsilə sərhədlərinin bir hissəsinin delimitasiyası demarkasiyası başa çatdırılıb.  Bu da birbaşa ikitərəfli danışıqların ən yaxşı yeganə əlverişli yolu olduğunu əyani şəkildə göstərir.

Lakin nəticə etibarilə Ermənistan sülh prosesinin irəlilədilməsi uğurla başa çatdırılması üçün yaranmış şansdan bəhrələnməkdən yayınır, məqsədli şəkildə normallaşmanı əngəlləyir.

 

 

Ermənistan məqsədli şəkildə sülhə əngəllər yaradır

 

 

Ermənistanın sülhün qarşısını kəsən addımlarından biri silahlanmasıdır. Fransa Hindistan vasitəsilə həyata keçirilən silahlanma heç bir halda xoş niyyətə mərama xidmət edə bilməz.

İkincisi isə, Ermənistanın konstitusiyasında "Ermənistan Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın müstəqillik bəyannaməsinə istinad olunur. Bu ölkənin müxtəlif hüquqi siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları yer almaqdadır. 

Bütün bunlar Ermənistanın sülhlə bağlı niyyətlərinin səmimi olmadığını göstərir prosesi ləngidir. Prezident İlham Əliyev "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində bununla bağlı deyib: "Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik "böyük Ermənistan" xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir".

Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. "Lakin icmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın icmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir", - deyə dövlətimizin başçısı bildirib.

Ermənistan rəsmiləri sülh sazişi layihəsinin mətni üzrə müxtəlif müddəaların razılışdırılması ilə bağlı açıqlamalar verirlər. Lakin görünən odur ki, sülh üçün yaranmış əlverişli şəraitdən istifadə etməyən Ermənistan münasibətlərin normallaşdırılmasına xidmət etməyən sülh oyunbazlığı ilə məşğuldur. Sülhə gedən yol isə Azərbaycanın tələblərinə əməl olunmasından, Ermənistanın bu prosesi əngəlləyən addımlardan əl çəkməsindən keçir. Əks təqdirdə, itirən Ermənistanın özü olacaq.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 10 dekabr (№ 272).- S.6.