İlham Əliyevin 4 il öncə keçirdiyi Zəfər paradı böyük Qələbənin
nidası oldu
Dörd il öncə, 44 günlük
Vətən müharibəsindəki
şanlı Qələbəmizdən
sonra dekabr ayının 10-da paytaxtın
Azadlıq meydanında
tarixi hadisə gerçəkləşdi. Savaşdan
qalib ayrılan, gücü ilə dünyanın qüdrətli
silahlı birləşmələri
sırasında yer alan Azərbaycan Ordusunun Zəfər paradı keçirildi.
Bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Silahlı Qüvvələrinin
şanlı Qələbəsinin
təntənəli nümayişi
idi.
Hərbi orkestrin
səsləndirdiyi Zəfər
marşının sədaları
altında silahlı qüvvələrimizin şəxsi
heyəti Azadlıq meydanında qürurlu addımlarla yürüş
etdi.
Noyabrın 8-də Şuşaya
sancılan bayrağımız
Azadlıq meydanında
dalğalandırıldı. Hansı ki, bunu Ali Baş
Komandan İlham Əliyev tarixi Zəfərdən xeyli öncə söyləmişdi.
Paradda da həmin fikri bir daha xatırlatdı:
"Bu paradın xüsusi önəmi var. Bu, Zəfər
paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə
yüksəkliyinə qaldırılmış
bayraq gətiriləcək.
Demişdim ki, gün gələcək və bu gün
işğal altında
olan torpaqlarda qaldırılan Azərbaycan
bayrağı Azadlıq
meydanına gətiriləcək
və bu gün gəldi".
Zəfər paradı
- qürur, şərəf
və ləyaqət simvolu
Zəfər paradı
təkcə ölkəmizin
düşmən üzərindəki
qələbəsinin təntənəsi
deyildi. Bu, həm də bölgədə erməni
faşizminin məhv edilməsinin nümayişi
idi.
Bu günü düz 30 il gözlədik. 30 ildə çox acılar çəkdik, faciələr,
məşəqqətlər gördük. Müstəqilliyimizi
belə əlimizdən
almaq istədilər. Amma bacarmadılar. Azərbaycan illərlə
ikili standartlara, təzyiqlərə məruz
qalsa da, ayaqda durmağı bacardı. Ona görə bacardı ki, qətiyyətli, prinsipial rəhbəri, xalqın sözünü
deyən, güvənilən
Lideri, ən əsası da Müzəffər Ali Baş Komandanı var...
Düzdür, 10 dekabr
tarixinə qədər
Azadlıq meydanında
hərbi paradlar keçirilmişdi. Ancaq həmin paradlarda nümayiş olunan hərbi texnikalarımıza
baxıb xəyal qururduq, arzu edirdik ki, kaş,
bu texnikalar bir gün savaş
meydanına yürüsün,
Qarabağımız işğaldan
azad edilsin. O günü də görmək bizlərə
nəsib oldu. Bakının baş meydanında keçirilən
Zəfər paradı
ordumuzun qüdrətini,
Ermənistanın rəzilliyini
dünyaya nümayiş
etdirdi. 30 il müddətində ordusu haqqında "miflər"
yaradan, "keçilməz
sədləri" ilə
öyünən ölkənin
silahlı birləşmələri,
"dağılmaz-keçilməz" sədləri 44 günə
Azərbaycan Ordusu tərəfindən darmadağın
edildi. Zəfər paradı azərbaycanlılar
üçün qürur,
şərəf, ləyaqət
simvolu oldu, ermənilər üçün
isə məğlubiyyət,
rəzillik kimi yaddaşlarda qaldı.
Paradda 3000 nəfərdən
artıq şəxsi heyətin, 150-dək hərbi
texnikanın, o cümlədən
silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava
hücumundan müdafiə
sistemlərinin, eləcə
də hərbi gəmi və katerlərin nümayişi
oldu. Paradda, həmçinin Vətən
müharibəsi zamanı
Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ
keçirdiyi hərbi
qənimətlərin bir
qismi də nümayiş etdirildi.
Regionun modern silahlı qüvvələri
Zəfər paradında
Azərbaycan Silahlı
Qüvvələrinin tərkibindəki
bütün hərbi strukturların, ayrı-ayrı
qoşun növlərinin,
hərbi birliklərin
bölmələri, hərbi
tədris müəssisələrinin
kursantları keçdi.
44 günlük müharibədə
qələbənin əldə
olunmasında hərbi
strukturların hər
birinin böyük rolu var.
Müdafiə Nazirliyini,
Dövlət Sərhəd
Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında
duran vəzifələri
layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin,
Xarici Kəşfiyyat Xidmətinin bölmələri
öz vəzifələrini
uğurla yerinə yetirərək Qələbəyə
öz töhfələrini
verdilər. Təsadüfi
deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən onların
hər bir əməkdaşı yüksək
orden və medallarla təltif olundu.
Azərbaycan Silahlı
Qüvvələrinin qələbəsini
bəyan etməklə
yanaşı, bu parad həm də ordumuzun gücünün, qüdrətinin
nümayişi idi. Hərbi paradda nümayiş etdirilən ən müasir hərbi texnika, o cümlədən raket və artilleriya qurğuları, hava hücumundan müdafiə
sistemləri, təyyarələr,
hərbi gəmilər
Azərbaycan dövlətinin
qüdrətini nümayiş
etdirməklə yanaşı,
həm də onu göstərdi ki, bundan sonra
heç kəs bir daha Azərbaycanla
güc və təzyiq dili ilə danışa bilməz. Hər kəs bildi ki, Azərbaycanın rəşadətli ordusu, peşəkar əsgər
və zabitləri, xalqın arxalandığı,
güvəndiyi Ali Baş Komandanı var.
Bu gün xalqımız Zəfər
Paradının dördüncü
ildönümünü böyük
qürur hissi ilə qeyd edir.
Müasir tariximizə
qızıl hərflərlə
yazılan bu misilsiz hərbi nailiyyət haqqında yüz illər sonra da iftixarla
danışılacaq, yazılacaq
və bu unudulmaz müjdə gələcək nəsillərə
ərməğan kimi
ötürüləcək.
Ümumiyyətlə, hərbi parad dövlətin gücünü
və vətəndaşların
qürurunu nümayiş
etdirən bir mərasimdir, xüsusilə
də Zəfər paradı. Azərbaycan üçün bu, sadəcə, müharibədə
qazanılan Qələbə
deyil, həm də həqiqətin, ədalətin qələbəsidir.
Zəfər paradı
həm də Ermənistana və onun havadarlarına mesaj oldu.
Prezident İlham
Əliyevin dediyi kimi, bundan sonra
əgər erməni faşizmi bir daha baş qaldırsa,
nəticə eyni olacaq. Yenə "dəmir yumruq" onların belini qıracaq. Əgər məğlub ölkə sülh müqaviləsini imzalamaqdan imtina edib təxribatlar törətməkdə davam
edəcəksə, Hindistandan,
Fransadan və digər havadarlarından aldıqları hərbi texnikaları, silah-sursatları
da məhv edilərək qələbənin
simvolu olan Hərbi Qənimətlər
Parkında dünyaya nümayiş etdiriləcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
10 dekabr (№ 272).- S.5.