"Siyasi
partiyalar haqqında"
Azərbaycan Respublikasının
2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı, 10-cu və 15-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikası Mülki
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 4 (I kitab),
maddə 250 (Cild I);
2024, ¹ 2, maddə 138, ¹ 4, maddə
365, ¹ 5 (I kitab), maddə
493; ¹ 7, maddə 744) 51-ci maddəsində
"partiyada rəhbər
orqanlarının" sözləri
"partiyanın" sözü
ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan
Respublikasının İnzibati
Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 10, maddə 762 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 125.2-ci maddəyə "nizamnaməsinə" sözündən
sonra ", proqramına"
sözü əlavə
edilsin;
2.2. 126-cı maddə üzrə:
2.2.1. adına, 126.1-ci maddəyə və
126.2-ci maddənin birinci
cümləsinə "ləğv"
sözündən əvvəl
"fəaliyyətinin dayandırılması
və" sözləri
əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 126.2-1-ci maddə
əlavə edilsin:
"126.2-1. Məhkəmə ərizəçinin iddiası
əsasında "Siyasi
partiyalar haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq aşağıdakı
qərarlardan birini qəbul edə bilər:
126.2-1.1. siyasi partiyanın
fəaliyyətinin 2 aydan
6 ayadək müddətinə
dayandırılması barədə;
126.2-1.2. siyasi partiyanın
ləğvi barədə.";
2.2.3. 126.3-cü maddənin birinci cümləsində
"126.2-ci" sözləri
"126.2-1.2-ci" sözləri ilə əvəz edilsin və həmin cümləyə
"fəaliyyətini" sözündən sonra
"mahiyyəti üzrə
qərar qüvvəyə
minənədək" sözləri
əlavə edilsin.
Maddə 3. "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 1, maddə 8 (Cild
I); 2024, ¹ 7, maddə 743) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 4.1-ci maddənin
ikinci cümləsinə
"publik hüquqi şəxslər," sözlərindən
sonra "siyasi partiyalar," sözləri
əlavə edilsin;
3.2. 5.4-cü maddə üzrə:
3.2.1. 5.4.1-ci maddəyə "nizamnaməsi," sözündən
sonra "siyasi partiyalara münasibətdə,
həmçinin proqramı,"
sözləri əlavə
edilsin;
3.2.2. 5.4.5-ci maddədə "partiyada rəhbər orqanlarının" sözləri
"partiyanın" sözü
ilə əvəz edilsin;
3.2.3. aşağıdakı məzmunda 5.4.5-1-ci maddə
əlavə edilsin:
"5.4.5-1. siyasi partiyalara münasibətdə üzvlərinin
reyestri;";
3.3. 11.3-cü maddə üzrə:
3.3.1. 11.3.2-1-ci maddəyə "nizamnamələrində"
sözündən sonra
"(siyasi partiyalara münasibətdə əlavə
olaraq proqramlarında)"
sözləri əlavə
edilsin və həmin maddədə
"və yerli özünüidarə orqanlarının"
sözləri ", yerli
özünüidarəetmə orqanlarının və vəzifəli şəxslərin"
sözləri ilə əvəz edilsin;
3.3.2. aşağıdakı məzmunda
11.3.3-3-cü maddə əlavə
edilsin:
"11.3.3-3. siyasi partiyanın adı, olduğu halda qısaldılmış
adı və rəmzləri "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası
Qanununda müəyyən
edilmiş tələblərə
cavab vermədikdə;";
3.4. 12.8-ci maddə üzrə:
3.4.1. 12.8.3-2-ci maddədən "siyasi partiyaların," sözləri çıxarılsın;
3.4.2. aşağıdakı məzmunda 12.8.3-3-cü maddə
əlavə edilsin:
"12.8.3-3. siyasi partiyaların
fəaliyyətinin dayandırılması
və bərpa edilməsi barədə, habelə onlara edilmiş yazılı xəbərdarlıqlar və
onların icrası barədə məlumatlar;";
3.5. 14-cü maddə üzrə:
3.5.1. 14.1.2-ci maddədə "partiyada rəhbər orqanlarının" sözləri
"partiyanın" sözü
ilə əvəz edilsin;
3.5.2. 14.2.3-cü maddəyə
"sayı," sözündən
sonra "siyasi partiyaların üzvlərinin
reyestri," sözləri
əlavə edilsin;
3.6. 17-ci maddə üzrə:
3.6.1. mətni 17.1-ci maddə hesab edilsin və həmin
maddədə "orqanı"
sözü "orqanının
müəyyən etdiyi
orqan (qurum)" sözləri ilə,
"orqanına" sözü
"orqanının müəyyən
etdiyi orqana (quruma)" sözləri ilə əvəz edilsin;
3.6.2. aşağıdakı məzmunda 17.2-ci maddə əlavə edilsin:
"17.2. Müvafiq icra
hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması
barədə apellyasiya
məhkəməsinin qərarı
qüvvəyə mindiyi
tarixdən 3 gün müddətində siyasi partiyanın fəaliyyətinin
dayandırılması barədə,
həmçinin siyasi
partiyanın ləğvi
barədə qeyd hüquqi şəxslərin
dövlət reyestrinə
daxil edildiyi tarixdən 3 gün müddətində siyasi partiyanın ləğvi barədə məlumatı
mediada dərc etdirir və (və ya) yayımlayır.";
3.7. 18-ci maddə üzrə:
3.7.1. 18.1-ci maddənin birinci cümləsinə
"payları" sözündən
sonra ", siyasi partiyaların üzvlərinin
reyestri" sözləri
və aşağıdakı
məzmunda üçüncü
cümlə əlavə
edilsin:
"Siyasi partiyaların
üzvlərinin reyestri
barədə məlumatlar
sorğu əsasında
bu Qanunun 15.9.1-ci,
15.9.2-15.9.4-cü və 15.9.7-ci maddələrində nəzərdə
tutulmuş hallarda verilir.";
3.7.2. 18.2-ci maddəyə "payları" sözündən
sonra ", siyasi partiyaların üzvlərinin
reyestri" sözləri
əlavə edilsin.
Maddə 4. "Hesablama
Palatası haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 9, maddə
1820 (Cild I) 1.0.5-ci maddəsinə
"şəxslər," sözündən sonra
"siyasi partiyalar,"
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
10 dekabr (¹ 272).- S.2.