"Siyasi
partiyalar haqqında"
Azərbaycan Respublikasının
2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 22 oktyabr tarixli
57-VIIQD nömrəli Qanununun
tətbiqi və "Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
12 aprel tarixli 48 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının
2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 22 oktyabr tarixli
57-VIIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında" Azərbaycan Respublikası
Qanununun 17.1-ci (hər
iki halda) və 17.2-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
17.1-ci maddəsində birinci
halda "orqan (qurum)" dedikdə aşağıdakılar nəzərdə
tutulur:
1.2.1. qeyri-kommersiya hüquqi
şəxslərinə və
xarici qeyri-kommersiya hüquqi şəxslərinin
filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan
Muxtar Respublikasının
ərazisində təsis
edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi, Naxçıvan
Muxtar Respublikasının
ərazisində təsis
edilən digər qeyri-kommersiya qurumlarına
münasibətdə Naxçıvan
Muxtar Respublikasının
Ədliyyə Nazirliyi;
1.2.2. kommersiya hüquqi
şəxslərinə, xarici
kommersiya hüquqi şəxslərinin filial
və nümayəndəliklərinə,
publik hüquqi şəxslərə münasibətdə
Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
habelə Naxçıvan
Muxtar Respublikasının
Dövlət Vergi Xidməti;
1.2.3. dini qurumlara
münasibətdə Azərbaycan
Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;
1.3. həmin Qanunun
17.1-ci maddəsində ikinci
halda "orqan (qurum)" dedikdə aşağıdakılar nəzərdə
tutulur:
1.3.1. qeyri-kommersiya hüquqi
şəxslərinə və
xarici qeyri-kommersiya hüquqi şəxslərinin
filial və nümayəndəliklərinə münasibətdə Dövlət
Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, siyasi partiyalara münasibətdə
isə həmçinin
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası;
1.3.2. kommersiya hüquqi
şəxslərinə, xarici
kommersiya hüquqi şəxslərinin filial
və nümayəndəliklərinə
və publik hüquqi şəxslərə
münasibətdə Azərbaycan
Respublikasının Dövlət
Gömrük Komitəsi,
Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsi və Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.4. həmin Qanunun
17.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Siyasi partiyalar haqqında" Azərbaycan
Respublikasının 2022-ci il
16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
12 aprel tarixli 48 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, № 4, maddə 228 (Cild
I); 2024, № 7, maddə 789) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə
"15.9.1-2-ci" sözlərindən sonra ", 17.1-ci (hər iki halda) və 17.2-ci" sözləri
əlavə edilsin;
3.2. 2.4-cü bənd üzrə:
3.2.1. birinci abzasdan
"17-ci maddəsində (birinci
halda)," sözləri
çıxarılsın və
həmin abzasa "keçirirlər" sözündən
sonra "və həmin Qanunun 17.1-ci maddəsində birinci halda "orqan (qurum)" dedikdə aşağıdakılar nəzərdə
tutulur" sözləri
əlavə edilsin;
3.2.2. 2.4.1-ci yarımbənddə
"münasibətdə Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyinin müəyyən
etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi və onun rayon (şəhər)
qeydiyyat şöbələri,
Naxçıvan Muxtar
Respublikasının ərazisində
təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət
təşkilatlarının filial və nümayəndəlikləri istisna
olmaqla," sözləri
"(o cümlədən Naxçıvan
Muxtar Respublikasının
ərazisində təsis
edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi, Naxçıvan
Muxtar Respublikasının
ərazisində təsis
edilən" sözləri
ilə əvəz edilsin;
3.2.3. 2.4.2-ci yarımbənddən
"Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi
yanında" sözləri
çıxarılsın;
3.3. 2.9-cu bənddən "Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi
yanında" sözləri
çıxarılsın;
3.4. 2.14-1-ci bənd üzrə:
3.4.1. birinci abzas aşağıdakı
redaksiyada verilsin:
"2.14-1. həmin Qanunun
17.1-ci maddəsində ikinci
halda "orqan (qurum)" dedikdə aşağıdakılar nəzərdə
tutulur:";
3.4.2. 2.14-1.1-ci yarımbəndə
ikinci halda "Nazirliyi" sözündən
sonra ", siyasi partiyalara münasibətdə
isə həmçinin
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası" sözləri
əlavə edilsin;
3.5. aşağıdakı məzmunda 2.14-2-ci bənd
əlavə edilsin:
"2.14-2. həmin Qanunun
17.2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi nəzərdə
tutulur;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 dekabr 2024-cü il
Azərbaycan.-2024.-
10 dekabr (№ 272).- S.2.