"Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"ə düzəliş Protokolu"nun təsdiq edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.  2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"ə düzəliş Protokolu" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya Macarıstan Hökumətlərinə bildiriş göndərsin. 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2024-cü il

Azərbaycan.-2024.- 10 dekabr (№ 272).- S.2.