Heydər
Əliyev Mərkəzində
“Yenidən doğulmuş
gözəllik” adlı
sərgi açılıb
Dekabrın 9-da Heydər
Əliyev Mərkəzində
nigeriyalı heykəltaraş
Dotun Populanın (DotunPopoola) “Yenidən doğulmuş gözəllik”
(Reclaimed Beauty) adlı
fərdi sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Sərginin açılış
mərasimində çıxış
edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, Afrika incəsənəti
dünyada çox məşhurlaşıb. Bildirilib
ki, Heydər Əliyev Mərkəzində
Dotun Populanın 30-a yaxın əsəri sərgilənir və bu əsərlər 2025-ci
ilin oktyabrınadək
Mərkəzdə təqdim
olunacaq. “Əminəm
ki, Heydər Əliyev Mərkəzinə
gələn qonaqlar bu əsərləri çox bəyənəcəklər”,
- deyə Anar Ələkbərov qeyd edib.
Heydər Əliyev
Mərkəzinin direktoru
diqqətə çatdırıb
ki, bu sərgi
Mərkəzdə 2024-cü ildə təşkil olunan çoxsaylı sərgilərin sonuncusudur.
O, Mərkəzdə açılan
sərgilərdə fəal
təmsil olunduqlarına
görə iştirakçılara
təşəkkürünü bildirib.
Heydər Əliyev
Mərkəzində belə
bir sərginin açılmasından məmnunluğunu
ifadə edən nigeriyalı heykəltaraş
Dotun Popula sərgidə heykəltaraşlıq
nümunələrinin və
digər əsərlərinin
nümayiş olunduğunu
söyləyib.
“Təkrar emal olunmuş metal hissələrdən düzəltdiyim
heykəllər sosial şəbəkələr üçün
platforma rolunu oynayır. Mənim bədii yanaşmamın əsasında incəsənətin
transformasiyada katalizator
rolu oynadığını,
sosial-mədəni landşaftın
öyrənilməsi üçün
bir alət olduğunu, yenidənqurmada
vasitəçiyə çevrildiyini,
ekoloji deqradasiyaya etiraz forması kimi çıxış etdiyini ifadə edən inamım dayanır”, - deyə heykəltaraş bildirib.
Sonra tədbir iştirakçıları Mərkəzin
foyesində və parkında sərgilənən
eksponatlara baxıblar.
Tədbir çərçivəsində
Heydər Əliyev Mərkəzində ətraf
mühitin qorunmasına
çağırış edən MAMA “Ana təbiət” (Mother Nature)
beynəlxalq incəsənət
layihəsinə və
“Öz töhfəni ver!” (Participate!) sərgisinə də baxış keçirilib.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) günlərində
fəaliyyətə başlayan
MAMA “Ana təbiət”
beynəlxalq incəsənət
layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiyada
rəqəmsal instalyasiya,
rəsm, qrafika və heykəltaraşlıq
nümunələri daxil
olmaqla, ümumilikdə
120-dən çox əsər
təqdim olunur.
Qeyd edək ki, Dotun Populanın
sayca 7-ci fərdi sərgisi Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə təsadüf
edərək ətraf
mühit və iqlim dəyişmələri
mövzusu ilə səsləşir. Heykəltaraş
əsərlərini ənənəvi
materiallardan deyil, sənaye tullantılarına
çevrilmiş metal
hissələrdən hazırlayır.
Həmin metal parçaları isə müxtəlif insanlar tərəfindən ianə
edilən materiallardır.
Müəllifin sözlərinə
görə, sərgilərdə
hər bir şəxsin incəsənət
üçün bağışladığı
töhfəni görməsi
bu əsərlərə
daha da cəlbedicilik
qatır.
Dotun Populanın
bədii təqdimatında
insan, heyvanlar aləmi, nəqliyyat vasitələri və s. vasitəsilə iqlimin qorunmasına çağırış
duyulur. Müəllifin
yaratdığı əsərlər
tullantıya çevrilmiş
“heç nə”dən
zövq oxşayacaq gözəl sənət nümunələri yarada bilən insan təxəyyülünə olan
bir alqışdır.
Xatırladaq ki, Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə “Birlikdə var olmaq” (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın“Dubay Ekspo 2020” sərgisində Nigeriya pavilyonunun mərkəzi səhnəsində ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb olmuşdu.
Azərbaycan.-2024.- 10 dekabr (¹ 272).- S.4.