Leyla
Əliyeva K.Fərəcova
adına Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat
Mamalıq və Ginekologiya institutlarını
ziyarət edib
Dekabrın 9-da Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova
adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.
AZƏRTAC xəbər verir ki, tibb
ocaqlarının fəaliyyəti
ilə tanış olan Leyla Əliyeva
burada müalicə alan uşaqların valideynləri ilə görüşüb. Səhiyyə
naziri Teymur Musayev Heydər Əliyev Fondunun vitse-prezidentinə bu elmi tədqiqat institutlarında yaradılmış
şərait barədə
məlumat verib.
Leyla Əliyeva tərəfindən hər iki tibb müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub.
Azərbaycan.-2024.- 10 dekabr (№ 272).- S.4.