Əsas hədəf Cənubi Qafqazdır

 

Ermənistanı silahlandıran havadarlarının məqsədləri bəllidir

 

"Ermənistanda postmüharibə dövründə yaşananlar, xəstə neofaşist təfəkküründən qaynaqlanan revanşizm iddiaları sübuta yetirir ki, erməniləri uzun illərdən bəri düşüncələrində kök salan zəhərli ultramillətçi ideyalardan xilas etmək lazımdır. "Mən Yer kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm, öpdüm, təzim etdim - Tsexakrona çevrildim", - deyən faşist Qaragin Njdenin təliminə girov düşərək bölgədə münaqişə katalizatoru funksiyasını yerinə yetirən erməniliyin xilası Cənubi Qafqazdakı tarixi çağdaş reallıqları qəbul etməkdən, birgəyaşayış qaydalarını mənimsəməkdən ibarətdir".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O bildirib ki, əks-təqdirdə Ermənistan daha acı nəticələrlə qarşılaşmalı olacaq. Ermənistan siyasətçilərinin uzun illər boyu ölkə vətəndaşlarına danışdıqları yalanlar, beyinlərə səpilən ideoloji zəhər ermənilərin müəyyən bir hissəsinin şüurunu elə örtüb ki, hətta regionda hər kəsin tanış ola biləcəyi qüvvələr nisbətini, demoqrafik vəziyyəti, hərbi iqtisadi potensialı görmək müqayisə etmək belə istəmirlər. Kollektiv Qərb isə hər zaman olduğu kimi, revanşizmin doğurduğu reallıqların dərk edilməsinə maneə yaradan ultramillətçi emossional qavrama atmosferindən öz geosiyasi maraqları üçün yararlanmağa cəhd göstərir. "Ermənistanın müdafiə nazirinin Fransa ilə yanaşı, Cənubi Koreya, Yaponiya Birləşmiş Ştatlara səfər edərək, ölkəsinin silah-sursat, hərbi texnika arsenalının gücləndirilməsi ilə bağlı danışıqlar aparması, yaxud Vaşinqtondan verilən təlimatlara uyğun olaraq hərəkət etməsi, rəsmi İrəvanın davamlı sülhdə maraqlı olmadığını nümayiş etdirir", - deyə deputat əlavə edib.

E.Mirzəbəyli qeyd edib ki, bəzi Qərb dövlətləri onların diktəsi altında hərəkət edənlər bu marionet ölkənin ərazisindən Xəzər hövzəsi, Mərkəzi, Qərbi Asiya ölkələri, o cümlədən Rusiya əleyhinə istifadə etmək Cənubi Qafqazın xarici müdaxilələrə, geosiyasi qarşıdurmalara açıq qalması üçün Ermənistanı silahlandırırlar. Qərbin digər məqsədi təkcə Cənubi Qafqaza deyil, bütövlükdə keçmiş SSRİ məkanına müdaxilə etməkdən ibarətdir. Qərb ölkələri, eləcə onların blokdankənar müttəfiqləri bu addımlarla Rusiyanın təsir dairəsindən çıxmağa təhrik olunan ölkələr üçün alternativ silah tədarükçüsünə çevrilməklə, həm Moskvanın bu istiqamətdəki dominantlığına zərbə vurmaq istəyirlər. Amma əsas hədəf Cənubi Qafqazdır Qərb Ön Asiyanın ən həssas strateji bölgəsinə daşımaqla subregional regional təhlükəsizlik mexanizmlərinə, qarşılıqlı faydalılıq prinsipi üzərində qurulan, enerji, logistika digər sahələri əhatə edən inteqrasiya prosesinə zərbə vurmağa çalışır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan .-2024.- 10 dekabr (№ 272).- S.5.