İrəvanın militarizasiya siyasəti bölgədə münaqişə riskini artırır

 

Ermənistanın yenidən silahlanması Azərbaycan tərəfindən haqlı olaraq təhdid kimi qiymətləndirilir

 

 

Cənubi Qafqazda münaqişə ocağının qalmasında, gərginliyin artmasında maraqlı olan Qərb bölgə dövlətlərindən istifadə etməyə çalışır. Qərb Gürcüstan planından başqa, əlində oyuncağa çevrilən, daha asan vasitə olan Ermənistanın əli ilə yürütdüyü məkrli planlarından əl çəkmir.

Azərbaycan Ermənistan arasında sülh istiqamətində danışıqların getdiyi vaxtda bəzi ölkələrin Ermənistana yeni silahlar verməsi, raket kompleksləri ilə təmin etmək niyyətləri onların məkrli məqsədlərindən xəbər verir. Ermənistandakı müşahidə missiyasının da əməli, məqsədi əvvəldən bəllidir.

Qərbin dəstəyi təhriki ilə şərti sərhəddə müşahidə edilən aktivləşmə Ermənistanın yeni müharibəyə hazırlaşdığını bir daha göstərir. Paşinyan Azərbaycanla müharibə istəmədiyini desə , Avropanın bəzi rəsmiləri çıxışlarında Azərbaycanla Ermənistan arasında sülhün yaranmasında maraqlı olduqlarını dəstək göstərməyə hazır olduqlarını bəyan etsələr , deyilən sözlərin həqiqəti əks etdirmədiyi, əməldə tam əksi Vətən müharibəsindən bəri görsənir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli qəzetimizə açıqlamasında bildirib ki, Ermənistanın silahlanmasını iki ölkə arasında davam etməkdə olan sülh prosesinə əsas maneələrdən biri kimi qəbul edilir: "Bu da təsadüfi deyil, çünki Ermənistan vaxtilə Azərbaycan torpaqlarını işğal edərək otuz il ərzində təcavüzü davam etdirmiş ölkədir. Azərbaycan Ermənistan arasında hələ sülh müqaviləsi imzalanmayıb, bölgədə davamlı sülhə nail olunmayıb. İki ölkə arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin razılaşdırılması ilə bağlı danışıqlar prosesi davam edir. Lakin hələ Ermənistanın konstitusiyasında daxili qanunvericilik sənədlərində Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məqamlar dəyişilməz olaraq qalıb. Bütün bunların fonunda Ermənistanın yenidən silahlanması Azərbaycan tərəfindən haqlı olaraq təhdid kimi qiymətləndirilir".

Ermənistanın hər il hərbi büdcəsini artırdığını deyən M.Məmmədli bildirib ki, bu il büdcəni 20 faiz artırıb. Ermənistan müxtəlif ölkələrlə hərbi əməkdaşlığını dərinləşdirir, yeni öldürücü silahlar alır. Fransa, Hindistan kimi bəzi ölkələr Ermənistanın silahlanmasında yaxından iştirak edirlər. Bütün bunlar Ermənistanda onsuz da mövcud olan revanşizm meyillərini daha da gücləndirir. Ekspert vurğulayıb ki, Ermənistanda həm revanşizm meyillərinin güclənməsi, həm silahlanma, bütövlükdə militarizasiya siyasəti bölgədə yeni münaqişə risklərini artırır.

 

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 10 dekabr (№ 272).- S.5.