Beynəlxalq
Parlament Konfransının
iştirakçıları Füzuliyə, Şuşaya,
Xankəndiyə və
Xocalıya səfər
ediblər
Milli Məclisdə
“Parlamentarizm: ənənələr
və perspektivlər”
mövzusunda keçirilən
Beynəlxalq Parlament Konfransının iştirakçıları
dekabrın 8-də Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinə
səfər ediblər.
Nümayəndə heyətini
Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Polad Bülbüloğlu, Əhliman
Əmiraslanov, Səməd
Seyidov, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər
müşayiət ediblər.
Səfər çərçivəsində
qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Qonaqları qarşılayan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin
əməkdaşları onlara
hava limanı barədə məlumat veriblər. Sonra Füzuli şəhərinə gələn
Beynəlxalq Parlament Konfransının iştirakçıları
burada erməni barbarlığının izləri
ilə tanış olublar. Qonaqlara Füzulidə görülən
və görüləcək
işlər, Füzuli
şəhərində inşa
edilən yaşayış
məhəlləsi barədə
də məlumat verilib.
Bildirilib ki, artıq keçmiş məcburi köçkünlərin
doğma yurdlarına qayıdışı reallaşıb.
Onlar Füzuli şəhərində inşa
olunan yaşayış
məhəlləsində məskunlaşırlar.
Şuşaya gələn
qonaqları burada Azərbaycan Respublikası
Prezidentinin Şuşa
rayonundakı xüsusi
nümayəndəsi Aydın
Kərimov qarşılayıb.
Xüsusi nümayəndə
qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki
vəziyyəti və
Şuşada cənab
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa
nəzarəti altında
aparılan quruculuq işləri, şəhərdəki
tarixi abidələrin
bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.
Qonaqların Şuşa
ilə tanışlığı Azərbaycanın
tanınmış şəxsiyyətləri
olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin
güllələnmiş heykəllərinin
yerləşdiyi şəhər
mərkəzi meydanından
başlayıb. Nümayəndə
heyəti sonra Bülbülün ev-muzeyi,
qala divarları ilə tanış olublar.
Parlamentarilər “İsa
Bulağı”na və
“Xan qızı” bulağına da baş çəkiblər.
Sonra qonaqlar Xankəndi şəhərinə
gəliblər. Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəsi
Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında
məlumat verib. Qonaqlar Xankəndi şəhəri, Xankəndi
şəhər meydanı
və buradakı Qarabağ Universiteti ilə tanış olublar.
Qarabağ Universitetinin
rektoru Şahin Bayramov qonaqları salamlayaraq bildirib ki, universitetdə
tədrisin və elmi araşdırmaların
həyata keçirilməsi
üçün dövlət
tərəfindən hər
cür şərait yaradılıb.
Qonaqlar universitetin
auditoriyalarını, laboratoriya
və kitabxanasını
gəzərək yaradılan
şəraitlə tanış
olub, tələbələrlə
söhbət edib, sonra Xocalıya yola düşüblər.
Xocalı şəhərində
gələn səfər
iştirakçılarına ermənilərin burada törətdikləri vəhşiliklər,
Xocalı soyqırımı,
işğaldan azad edildikdən sonra burada aparılan bərpa-quruculuq işləri
barədə məlumat
verilib.
Səfər zamanı
qonaqlar onları müşayiət edən
media nümayəndələrinə
müsahibələr veriblər,
səfərlə bağlı
təəssüratlarını bölüşüblər.
Bununla da səfər başa çatıb.
Azərbaycan.-2024.- 10 dekabr (¹ 272).- S.5.