Böyük
Zəfərin Şəxsiyyəti
faktoru
Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib
Bakı Şəhər
İcra Hakimiyyətində
(BŞİH) tanınmış tarixçi-alimlər, Milli
Məclisin deputatları,
elm, mədəniyyət
və din xadimləri, jurnalistlər,
Vətən müharibəsi
veteranları və qazilərin iştirakı
ilə “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi
bütövlüyünün bərpası – Şəxsiyyət
faktoru” adlı yeni kitabın təqdimatı keçirilib.
Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Eldar
Əzizov tədbirdə
çıxış edərək
Azərbaycanın Prezident
İlham Əliyev tərəfindən yaradılan
iqtisadi-siyasi modelindən
danışıb.
Sonra kitabın
təqdimatı olub. Qeyd edilib ki,
Bakı Şəhər
İcra Hakimiyyətinin
AMEA-nın Tarix İnstitutu ilə birgə hazırladığı,
Vətən müharibəsinə
həsr edilmiş əvvəlki kitabın davamı kimi nəşr edilən yeni kitab 44 günlük
müharibədən keçən
dövr ərzində
Azərbaycanda baş verən mühüm hadisələrə həsr
olunub.
“Vətən müharibəsi
tarixi. Azərbaycanın
ərazi bütövlüyünün
bərpası – Şəxsiyyət
faktoru” kitabında birgünlük antiterror əməliyyatı nəticəsində
ölkəmizin suverenliyinin
bərpası, Xankəndi,
Ağdərə, Əsgəran
və Xocavənddə
dövlət Bayrağımızın
ucaldılması, Xankəndidəki
tarixi hərbi parad, qısa zamanda işğaldan azad edilən ərazilərdə həyata
keçirilən genişmiqyaslı
quruculuq işləri,
yeni infrastrukturun yaradılması, Böyük
Qayıdış Proqramına
uyğun olaraq keçmiş məcburi köçkünlərin öz
doğma yurdlarına qayıdışı kimi
mühüm tarixi hadisələr öz əksini tapıb. Nüfuzlu müəllif heyətinin məqalələrinin
toplandığı kitab
nəfis tərtibatda çap edilib.
Təqdimat mərasimində
çıxış edən
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
(ombudsman) Səbinə
Əliyeva, Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycan Memarlar İttifaqının sədri
Elbay Qasımzadə və digərləri yeni kitabın əhəmiyyətini vurğulayıb,
bu nəşrin müharibə həqiqətlərinin
və sonrakı dövrdə qazanılan nailiyyətlərin təhlilinin,
gələcək nəsillərə
düzgün çatdırılmasının
geniş təbliğində
mühüm rol oynayacağını diqqətə
çatdırıblar.
Qeyd edilib ki, yeni kitab xarici dillərə də tərcümə olunacaq.
Azərbaycan.-2024.-
10 dekabr (¹ 272).- S.6.