Prezident Bəşər Əsəd
ailəsi ilə birlikdə Moskvada sığınacaq alıb
Bir müddət
əvvəl Suriyada yenidən baş qaldıran vətəndaş
müharibəsi prezident
Bəşər Əsədin
ölkədən qaçması
ilə nəticələnib.
Kremldən verilən məlumata görə, Əsəd və ailə üzvləri Rusiyada
sığınacaq alıblar.
Yerli XİN bildirir
ki, Moskva Suriya böhranının aradan qaldırılmasında
siyasi həll yolunun axtarışını
həmişə dəstəkləyib.
Bu arada, Rusiya Federasiyasının daimi nümayəndəsinin
birinci müavini Dmitri Polyanski bildirib ki, Moskva
artıq Suriyadakı vəziyyətlə bağlı
BMT Təhlükəsizlik Şurasının
təcili qapalı məsləhətləşmələrini tələb edib. Eyni zamanda qeyd
olunur ki, hakimiyyəti ələ keçirən Suriya müxalifətinin liderləri
Rusiyanın Tartus və Xmeymim hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə
zəmanət veriblər.
Türkiyənin xarici
işlər naziri Hakan Fidan bildirib
ki, Suriyada hakimiyyət dəyişikliyi
baş verib və Əsəd rejimi süqut edib. Nazir Türkiyənin
Suriyada fəaliyyət
göstərən hərbiləşdirilmiş
qruplarla təmasda olduğunu vurğulayıb.
Onun sözlərinə
görə, bu,
İŞİD terror qruplaşmasının,
eləcə də Suriyanın şimalındakı
kürd terrorçularının
mövcud vəziyyətdən
istifadə edə bilməməsi üçün
edilir.
Suriyada hadisələr
noyabrın 27-də "Həyat
Təhrir əş-Şam"
silahlıları və
onun müttəfiq qruplarının Hələb
və Həma şəhərləri istiqamətində
hücuma keçməsindən
sonra sürətlə
cərəyan etməyə
başlayıb. Rusiya Aerokosmik Qüvvələrinin
(VKS) dəstəklədiyi hökumət
qoşunlarının müqavimətinə
baxmayaraq, noyabrın
30-da qiyamçılar Hələb
və onun ətrafını ələ
keçiriblər. Bir
neçə gün ərzində Həma, Deyr əz-Zor, Dəra və Homs şəhərləri
də onların nəzarətinə keçib.
Dekabrın 8-də HTŞ silahlıları paytaxt Dəməşqə daxil
olduqdan sonra Suriyanın baş naziri bildirib ki, o, müxalifətçilərin
rəhbəri Əbu Məhəmməd əl-Culani
ləqəbli rəhbəri
və qrupun əməliyyat qərargahının
rəhbərliyi ilə
əlaqə saxlayıb.
Siyasətçinin dediyinə
görə, onu əmin ediblər ki, bundan sonra
da əhaliyə xidmət göstərəcəklər
və repressiya aparmayacaqlar. Eyni zamanda əvvəllər ələ keçirilən
digər şəhərlərdə
olduğu kimi, silahlılar Dəməşqin
şimal kənarında
yerləşən Seyidnaya
həbsxanasından bütün
məhbusları azad ediblər.
Artıq əsl
adından - Əhməd
əl-Şaraa - istifadə
etməyə başlayan
Culani qrupun "Teleqram" kanalında yazıb ki, Dəməşqdəki bütün
hərbi qulluqçuların
dövlət qurumlarına
yaxınlaşması qəti
qadağandır və
bu qurumlar hakimiyyət rəsmən ötürülənədək keçmiş baş nazir Məhəmməd Qazi əl-Cəlalinin nəzarəti altında olacaq.
Suriyanın
"Əl Vətən"
qəzetinin məlumatına
görə, "hərbi
administrasiya"nın qərarı
ilə Dəməşqdə
yerli vaxtla saat 16:00-dan 05:00-a qədər
komendant saatı tətbiq edilib.
Ekspertlərin fikrincə,
hazırda Suriyada vətəndaş müharibəsi
xaosuna yuvarlanma təhlükəsi mövcuddur.
Ukraynadakı münaqişəni
nəzərə alsaq,
çox güman ki, Suriya problemlərinin
həllində Rusiya
2015-ci ildə olduğu
qədər iştirak
etməyəcək.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp da
Suriyada baş verənlərin ABŞ-yə
dəxli olmadığını
yazıb...
Hazırda Suriyanın
Müxalifət və
İnqilabçı Qüvvələrin
Milli Koalisiyası
(NCORF) respublikada inklüziv
keçid hökumət
orqanı yaratmaq niyyətini açıqlayıb.
Bununla belə, Suriyada faktiki olaraq vəziyyətə nəzarət edə biləcək hökumətin
yaranacağına heç
bir zəmanət yoxdur.
Müxaliflər prezident
Əsədi devirmək
istəyində yekdildir,
lakin birlikdə yeni Suriya qurmaq
onlar üçün
çox çətin
olacaq.
Suriya Xarici İşlər Nazirliyi Dəməşqin üsyançılar
tərəfindən ələ
keçirilməsini ölkə
tarixində yeni səhifə adlandırıb
və bütün suriyalıların maraqları
naminə işləməyə
davam edəcəyinə
söz verib: "Bu gün Suriya
tarixində yeni bir səhifə görürük, biz suriyalılar arasında maneələr yaratmaq əvəzinə onları
birləşdirəcək bir
nizamnamə hazırlamalıyıq.
Suriya Xarici İşlər Nazirliyi və onun xaricdəki
diplomatik nümayəndəlikləri
bütün vətəndaşlarımızın
rifahı üçün
işləməyə davam
edəcək".
Rizvan CƏFƏROV,
Azərbaycan.-2024.-
10 dekabr (№ 272).- S.9.