2025-ci il
yanvarın 29-na təyin
edilmiş bələdiyyə
seçkilərində Böyük
Quruluş Partiyasının
səlahiyyətli nümayəndələrinin
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsinin
qeydə alınması
haqqında
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
qərarı
Qərar ¹ 51/249
2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
Böyük Quruluş
Partiyası Ali Məclisinin 2024-cü il 4
dekabr tarixli iclasının qərarı
ilə səlahiyyətli
nümayəndələr və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
edilmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədlər Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
(bundan sonra - Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar Azərbaycan
Respublikası Seçki
Məcəlləsində (bundan
sonra - Seçki Məcəlləsi) nəzərdə
tutulmuş müddətdə
və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən
qərara alır:
1. 2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
aşağıdakı şəxslər
Böyük Quruluş
Partiyasının səlahiyyətli
nümayəndələri və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndəsi kimi
qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Zilfiqar Davıd
oğlu İbrahimov
Ağababa Həzi
oğlu Əlizadə
Fəxrəddin Zülfəli
oğlu Sadiqov
Rəşad Adil oğlu Məmmədov
Tural Nazim oğlu
Mustafayev
Maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə
Leyla İbrahim qızı Musayeva.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
09.12.2024
Azərbaycan.-2024.-
10 dekabr (¹ 272).- S.10.