Bəzi
seçki dairələri
üzrə seçki
məntəqələrinin yaradılmasına dair Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının qərarı
Qərar ¹ 51/246
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının (bundan
sonra - Mərkəzi Seçki Komissiyası)
2024-cü il 27 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasında növbəti
bələdiyyə seçkiləri
2025-ci il yanvarın
29-na təyin edilmişdir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
(bundan sonra - Seçki Məcəlləsi)
35.2-ci maddəsinə əsasən,
seçki məntəqələri
müvafiq dairə seçki komissiyaları tərəfindən aidiyyəti
orqanlarla razılaşdırılaraq,
seçicilər üçün
maksimum əlverişli
şərait yaradılmasının
zəruriliyi, yerli və digər şərait nəzərə
alınmaqla yaradılır.
Qanunvericilikdə nəzərdə
tutulan tələblərin
təmin olunması məqsədilə, xüsusilə
də seçici sayının hazırkı
artımı səbəbindən
1 saylı Şərur
- Sədərək və
68 saylı Sabirabad - Şirvan seçki dairələrinin hüdudları
daxilində yeni seçki məntəqələrinin
yaradılması və
məntəqə seçki
komissiyalarının təşkili
zərurəti ortaya çıxmışdır.
Seçki Məcəlləsinə
əsasən seçki
məntəqələri bilavasitə
seçkilərdən əvvəl
yaradılırsa, onlar
səsvermə gününə
ən azı 50 gün qalmış yaradılmalıdır.
Beləliklə, Seçki
Məcəlləsinin 35.3-cü maddəsinin tələbləri,
habelə 35.2-ci və
36.4-cü maddələrində göstərilən prosessual
müddətlər nəzərə
alınmaqla, 1 saylı
Şərur - Sədərək
və 68 saylı Sabirabad - Şirvan seçki dairələrinin
hüdudları daxilində
yeni seçki məntəqələrinin yaradılması
və məntəqə
seçki komissiyalarının
təşkili həmin
seçki dairələrinin
dairə seçki komissiyalarına həvalə
edilməlidir.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 17.6.19-cu, 19.4-cü,
28.4-cü, 35.2-ci, 35.3-cü və
36-cı maddələrinə uyğun olaraq qərara alır:
1. 1 saylı Şərur
- Sədərək və
68 saylı Sabirabad - Şirvan seçki dairələrinin hüdudları
daxilində yeni seçki məntəqələrinin
yaradılması və
məntəqə seçki
komissiyalarının təşkili
həmin seçki dairələrinin dairə
seçki komissiyalarına
həvalə edisin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
09.12.2024
Azərbaycan.-2024.-
10 dekabr (¹ 272).- S.10.