Azərbaycanın
ilk hərbi həkiminin xatirəsi anılıb
Beynəlxalq Muğam
Mərkəzində görkəmli
ziyalı, Azərbaycanın
ilk hərbi həkimi, “Difai” təşkilatı Şuşa
şöbəsinin yaradıcısı
və sədri, Şuşada ilk rus-Azərbaycan qız məktəbinin təsisçisi
Əbdülkərim bəy
Mehmandarovun (1854-1929) anadan
olmasının 170 illiyinə
həsr edilmiş ədəbi-bədii tədbir
keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə mərkəzin foyesində
“Bayatı-Şiraz” muğamının
sədaları altında
Şuşanın fotolarından
ibarət sərgi ilə tanış olublar.
Tədbir Dövlət
Himninin səsləndirilməsi
ilə başlanıb,
ölkəmizin ərazi
bütövlüyü və
suverenliyi uğrunda şəhid olanların xatirəsi anılıb.
“Millət naminə
– Əbdülkərim bəy
Mehmandarov” sənədli
filmindən fraqmentlər
nümayiş etdirilib.
Tədbirdə Milli
Məclisin Mədəniyyət
komitəsinin sədri
Polad Bülbüloğlu,
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini
Vüsalə Fətəliyeva
və başqaları
Ə.Mehmandarovun həyatı
və həkimlik fəaliyyətindən danışıblar.
Mehmandarovlar nəslinin
nümayəndəsi Məhbubə
Əzizova isə onun Vətənə, xalqa sevgisindən, xeyirxah əməllərindən
bəhs edib. Şuşa Dövlət Musiqili Dram Teatrının
aktyoru Əməkdar artist Nazir Rüstəmovun
ifasında Ə.Mehmandarovun
obrazı canlandırılıb.
Vurğulanıb ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Mehmandarovların Malikanə Kompleksində Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılıb və ötən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər. Hazırda bu kompleks muzey kimi fəaliyyət göstərir. Bu da Əbdülkərim bəyin xalqımız qarşısındakı xidmətlərinə verilən qiymətdir.
Azərbaycan.-2024.- 10 dekabr (¹ 272).- S.11.