Ürəyin "beyni" var

 

 

İnsan orqanizminin ən əhəmiyyətli orqanlarından biri olan ürək bədənimiz formalaşarkən ana bətnində fəaliyyətə başlayır. İnsan bəzi orqanlarsız yaşaya bilər, amma  ürəksiz yox.

Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ortayaşlı insanın ürəyi bir dəqiqədə 72 dəfə, bir gündə 100 min dəfə bir ildə isə 36,5 milyon dəfə döyünür. Mütəxəssislər bildirirlər ki, qadın ürəyi daha sürətli, bir dəqiqədə 79 dəfə, kişi ürəyi isə 70 dəfə döyünür. Elektrik impulsları istehsal edən ürək hətta bədəndən ayrıldığı zaman da işini davam etdirə bilir.

Uzun müddətdir ki, ürəyin yalnız beyindən gələn siqnalları ötürən avtonom sinir sistemi tərəfindən idarə edildiyi düşünülürdü. Ürəyin neyron şəbəkəsinin ürək divarının səthi təbəqələrinə yerləşdirilib, beyindən gələn siqnalları ötürən sadə bir quruluşa malik olduğu bilinirdi. Son araşdırmalar ürəyin bundan daha inkişaf etmiş bir funksiyaya sahib olduğunu ortaya qoyub.

İsveçin Karolinska İnstitutu Kolumbiya Universitetinin baş tədqiqatçısı Konstantinos Ampatzis tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, ürəyin öz ritmini idarə edən sinir sistemi var. O bildirib ki, bu "kiçik beyin" beynin hərəkət tənəffüs kimi ritmik funksiyaları tənzimlədiyi kimi, ürək döyüntüsünün saxlanmasında idarə olunmasında mühüm rola malikdir: "Ürəyin daxilindəki sinir sisteminin qədər mürəkkəb olduğunu görəndə təəccübləndik. Bu sistemin daha yaxşı başa düşülməsi ürək xəstəlikləri ilə bağlı yeni perspektivlərə səbəb ola bilər aritmiya kimi xəstəliklər üçün yeni müalicə üsullarını inkişaf etdirməyə kömək edə bilər", - deyə Konstantinos Ampatzis bildirib.

Tədqiqat insanın ürək döyüntüsü ümumi ürək funksiyası ilə güclü oxşarlıqlar nümayiş etdirən zebra balığı üzərində aparılıb. Təkhüceyrəli RNT ardıcıllığı, anatomik tədqiqatlar elektrofizioloji üsullar kimi metodların kombinasiyasından istifadə edərək tədqiqatçılar ürəkdəki neyronların tərkibini, təşkilini funksiyasının xəritəsini tərtib ediblər. Türkiyəli professor Okay Abacı araşdırmanın nəticələri ilə bağlı deyib ki, ürəyin sinir sistemi onun döyüntüsünü tənzimləyən harmonik daralmasını təmin edən elektrik şəbəkəsindən ibarətdir. Bu şəbəkəyə sinus düyünü, atrioventrikulyar düyün (AV nodu) His dəstəsi daxildir. Ürək ritminə nəzarət edən bu neyron şəbəkə onun fəaliyyətini tənzimləməklə yanaşı, bədənin digər orqanları ilə ahəngdar işləməsini təmin edir.

Ürək-damar xəstəlikləri bütün dünyada ən çox qeydə alınan ölüm səbəbi olmaqla dövrün ən böyük sağlamlıq problemlərindən birinə çevrilib. Dünyada hər 15 saniyədə bir insan infarktdan dünyasını dəyişir. Mütəxəssislər bu kimi innovativ tədqiqatların ürək xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.

Bu araşdırmanın ürək xəstəlikləri ritm pozğunluqları kimi sağlamlıq problemlərinin müalicəsində yeni strategiyaların hazırlanmasına imkan yaradacağını söyləyən professor Okay Abacı  ürək sağlamlığında yeni eranın başladığını deyir. Ürəyin sinir sistemi ilə bağlı bu kəşf mövcud müalicə üsullarını təkmilləşdirməklə yanaşı, həm ürək sağlamlığı sahəsində yeni müalicə perspektivlərini aşkar etməyə kömək edəcək.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 10 dekabr (№ 272).- S.12.